Namiq Ağayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Namiq Ağayev
Namiq Firudin oğlu Ağayev
Doğum tarixi (61 yaş)
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rejissor
IMDb ID2928956

Namiq Firudin oğlu Ağayev (d. 20 iyun 1962) — Azərbaycan rejissoru.[1]

Həyatı

Namiq Ağayev 20 iyun 1962-ci ildə anadan olmuşdur.

Fəaliyyəti

1979-1987-ci ildərdə Akademik Milli Dram Teatırında asistent və rejissor vəzifəsində çalışıb.

1987-1993-cü illərdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında baş rejissor işləmişdir.

1993-2001-ci illərdə Türkiyanın dövlət və şəhər teatırlarında tamaşalara quruluş vermişdir.

2002-2007-ci illərdə Space TV -nın "Yaradıcılıq Emalatxanası Birliyi"nin bədii rəhbəri vəzifəsində çalışmışdır.

2007-ci ildən bu günə qədər Azərbaycan Televiziyasının rejissor vəzifəsində çalışır.

Mükafat

  • "Bu dünyanı nağıl bilək" klipinə görə "Humay" mükafatı (2002)
  • "Axınla aşağı" filminə görə "Ən yaxşı kişi rolunun ifası" nominasiyasında "Qızıl Pəri" mükafatı (2015)[2]
  • "Ol" filminə görə "Ən yaxşı ssenari" nominasiyasında "Qızıl Pəri" mükafatı (2018)

Filmoqrafiya

  1. "Bahar oğlu" (film, 2004) (sənədli film)(rejissor)
  2. Rejissor "Ramiz Əsgərov" haqqında (film, 2004) (sənədli film)(bədii rəhbər)
  3. "İnterpapa" (film, 2006) (tammetrajlı bədii film) (rejissor)
  4. "Qızlar" (film, 2007) (bədii serial)(rejissor)
  5. "Yuva" (film, 2012) (qısametrajlı bədii film)
  6. "İrəvan xanlığı" (film, 2012) (sənədli film)
  7. "Axınla aşağı" (film, 2014) (tammetrajlı bədii film)(rol: Əli)
  8. "Bağışla, gələ bilmədim" (film, 2015)
  9. "Yuxarıda və aşağıda" (film, 2015) (qısametrajlı bədii film) (rol: Səməd)
  10. "Deyilənlər gəldi başa" (sənədli film)[3]
  11. "Ol" tammetrajlı bədii film
  12. Lal yuxu (teleserial, 2017)
  13. Barama
  14. Köhnə çamadanlar (film, 2022)

İstinadlar

  1. Filmin istehsalı başa çatmışdır: [Rejissoru Namiq Ağayev olan “Deyilənlər gəldi başa” sənədli televiziya filmi ictimai xadim, xalq yazıçısı Yusif Səmədoğlunun həyat və yaradıcılığına həsr olunub] //Azərbaycan.- 2011.- 20 fevral.- S. 8.
  2. Report. ""Qızıl Pəri" mükafatları təqdim olunub" (az.). Report.az. 29 dekabr 2015. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.
  3. Allahverdiyev, E. "Deyilənlər gəldi başa": [Rejissor Namiq Ağayevin Xalq yazıçısı Yusif Səmədoğlu haqqında çəkdiyi eyni adlı filmi haqqında] //Ekran efir.- 2011.- 22 aprel.- S. 6.