İrəvan xanlığı — rejissor Namiq Ağayevin sənədli televiziya filmi.[1]
İrəvan xanlığı | |
---|---|
Rejissor | |
Ssenari müəllifi | |
Operator | Rüfət Kərimov |
İstehsalçı | Azərbaycan Televiziyası |
İlk baxış tarixi | 2012 |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 42 dəq. |
Ölkə | |
Dil | Azərbaycan dili |
Rəng | rəngli |
Azərbaycan ordusunun gücünü və qüdrətini əks etdirən kadrlarla başlayan filmdə göstərilir ki, 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra onun yaratdığı nəhəng imperiya dağılmağa başlayır və Azərbaycan ərazisində xanlıqlar yaranır. Bu xanlıqlardan biri də İrəvan xanlığı idi. İrəvan xanlığını yaradan, onun əsasını qoyan Mir Mehdi xan Qacar olmuşdur.
Azərbaycanın şimal-qərbində, keçmiş Çuxursəd bəylərbəyliyinin böyük bir hissəsində yaranan İrəvan xanlığının böyük bir ərazini — Ağrı düzənliyi, Dərələyəz və Göyçə gölü arasındakı torpaqları əhatə etdiyi, eləcə də bu ərazidə türkdilli azərbaycanlıların yerli xalq olması sənədlərin dili ilə tamaşaçıya təqdim olunur. Bütün bunların Qafqazın ovaxtkı ali baş komandanı, general Paskeviçin rəsmi məlumatlarında, ABŞ-dən olan professor Castin Makkartinin yazılarında, dünyanın müxtəlif ölkələrindəki arxiv sənədlərində qeyd edildiyi diqqətə çatdırılır.
Filmdə İrəvan qalasının rus işğalçılarına qarşı rəşadətli mübarizəsindən də bəhs olunur. Bildirilir ki, İrəvan xanlığının Rusiya tərəfindən 1828-ci ildə işğalı Azərbaycan xalqının taleyində son dərəcə faciəli olaylara yol açan bir hadisədir. Məhz İrəvan və Naxçıvan xanlıqlarının işğalı və onun Türkmənçay müqaviləsində öz əksini tapması 1828-ci il martın 21-də çar I Nikolayın "erməni vilayəti" adlı qurumun yaradılması barədə fərmanı üçün hüquqi əsas olur.
İrəvan xanlığının ərazisində ermənilərin əsas dini mərkəzlərindən biri olan Eçmiədzin monastırının (Üçkilsə) Azərbaycan xalqına qarşı düşmən mövqe tutmasının və pozuculuq fəaliyyətinin tarixi faktlarla sübutu da filmdə yer almışdır.
Bir sözlə, tarixi Azərbaycan torpaqlarında ermənilərin özlərinə dövlət yaratmalarını, maddi-mədəniyyət və memarlıq abidələrimizi məhv etmələrini, yer adlarımızı dəyişdirmələrini arxiv sənədləri ilə açıb göstərmək filmin əsas qayəsini təşkil edir.
Sənədli filmdə "Dədə Qorqud", "Cavad Xan" bədii filmlərindən, xalq rəssamı Rafiz İsmayılovun "Xanlıqlar" silsiləsindən, Fikrət Əmirov, Cahangir Cahangirovun musiqilərindən, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunmuşdur.
Filmin elmi məsləhətçisi Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Dövlət Mükafatı laureatı Yaqub Mahmudovdur.[2]