Namiq Firudin oğlu Ağayev (d. 20 iyun 1962) — Azərbaycan rejissoru.[1]
Namiq Ağayev 20 iyun 1962-ci ildə anadan olmuşdur.
1979-1987-ci ildərdə Akademik Milli Dram Teatırında asistent və rejissor vəzifəsində çalışıb.
1987-1993-cü illərdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında baş rejissor işləmişdir.
1993-2001-ci illərdə Türkiyanın dövlət və şəhər teatırlarında tamaşalara quruluş vermişdir.
2002-2007-ci illərdə Space TV -nın "Yaradıcılıq Emalatxanası Birliyi"nin bədii rəhbəri vəzifəsində çalışmışdır.
2007-ci ildən bu günə qədər Azərbaycan Televiziyasının rejissor vəzifəsində çalışır.
- "Bu dünyanı nağıl bilək" klipinə görə "Humay" mükafatı (2002)
- "Axınla aşağı" filminə görə "Ən yaxşı kişi rolunun ifası" nominasiyasında "Qızıl Pəri" mükafatı (2015)[2]
- "Ol" filminə görə "Ən yaxşı ssenari" nominasiyasında "Qızıl Pəri" mükafatı (2018)
- "Bahar oğlu" (film, 2004) (sənədli film)(rejissor)
- Rejissor "Ramiz Əsgərov" haqqında (film, 2004) (sənədli film)(bədii rəhbər)
- "İnterpapa" (film, 2006) (tammetrajlı bədii film) (rejissor)
- "Qızlar" (film, 2007) (bədii serial)(rejissor)
- "Yuva" (film, 2012) (qısametrajlı bədii film)
- "İrəvan xanlığı" (film, 2012) (sənədli film)
- "Axınla aşağı" (film, 2014) (tammetrajlı bədii film)(rol: Əli)
- "Bağışla, gələ bilmədim" (film, 2015)
- "Yuxarıda və aşağıda" (film, 2015) (qısametrajlı bədii film) (rol: Səməd)
- "Deyilənlər gəldi başa" (sənədli film)[3]
- "Ol" tammetrajlı bədii film
- Lal yuxu (teleserial, 2017)
- Barama
- Köhnə çamadanlar (film, 2022)
- ↑ Filmin istehsalı başa çatmışdır: [Rejissoru Namiq Ağayev olan “Deyilənlər gəldi başa” sənədli televiziya filmi ictimai xadim, xalq yazıçısı Yusif Səmədoğlunun həyat və yaradıcılığına həsr olunub] //Azərbaycan.- 2011.- 20 fevral.- S. 8.
- ↑ Report. ""Qızıl Pəri" mükafatları təqdim olunub" (az.). Report.az. 29 dekabr 2015. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.
- ↑ Allahverdiyev, E. "Deyilənlər gəldi başa": [Rejissor Namiq Ağayevin Xalq yazıçısı Yusif Səmədoğlu haqqında çəkdiyi eyni adlı filmi haqqında] //Ekran efir.- 2011.- 22 aprel.- S. 6.