Niş Hava Limanı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Niş Hava Limanı
Xəritə

43°20′14″ şm. e. 21°51′13″ ş. u.


IATA: INIICAO: LYNI
Məlumat
Hava limanı tipi Mülki
Ölkə Serbiya
Açılış tarixi 12 oktyabr 2003
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Niş Hava Limanı (serb. Аеродром Ниш — Константин Велики / Aerodrom Niš — Konstantin Veliki, ИАТА: INI, ИКАО: LYNI) — Serbiyada yerləşən mülki hava limanı. Aeroport Niş şəhərindən 4 km aralıda, Medoşevas kəndində yerləşir.

2012-ci ildə hava limanı 27426 sərnişinə xidmət etmişdir[1]. Aşırma qabiliyyəti hər saata üç təyyarədir. Priştina, Belqrad, Podqoritsa, Tivat, Sofiya, SkopyeOxrid üçün ehtiyat hava limanı sayılır.

Freebird Airlines şirkətinə məxsus A320 təyyarəsi

Tarixi

Nişdə ilk hava limanı 1910-cu ildə Trupale kəndi yaxınlığında inşa edilir. 1913-cü ildə Yuqoslaviya krallığının hava daşımaçılığını həyata keçirən Aeroput şirkətinin balansında olur. ikinci dünyü müharibəsindən sonra hava limanı hərbi məqsədlər üçün istifadə edilir. Hazırkı, hava limanının yerində 1952-ci ildə 1500 m uzunluğa malik beton uçuş-eniş zolağı salınır. 1972-ci ildə onun uzunluğu 2200 metrə qədər artırılır. 1986-cı ildə «Aerodrom Niş» şirkəti qurulur. Bu şirkət hazırdada hava limanının sahibidir. Rəsmi açılışı 12 oktyabr 1986-cı ildə gerçəkləşdirilir. İlk enişi Boinq 737 təyyarəsi edir.

NATO-nun Yuqoslaviyaya qarşı müharibəsi zamanı təkcə 1999-cu ildə uçuş-eniş zolağına 56 mərmi düşür. Bu isə zolağın 11 % ərazisinio məhv edir. Bundan sonra hava limanı bir müddət fəaliyyət göstərməmişdir. 2003-cü ildə Norveç Xariçi İşlər Nazirliyi hava limanının təmirini həyata keçirir. Hava limanı rəsmi olaraq 12 oktyabr 2003-cü ildə aşılır. Bundan sonra Böyük Konstantinin şərəfinə adlandırlır. Bərpa işləri 4 milyon dollara başa gəlir. Tikinti işləri mart 2003-cü ildən dekabr 2004-cü ilə qədər davam etmişdir. Burada 2130 m³ beton, 58400 ton asfalt istifadə edilmişdir[2]. Bərpadan sonra hava limanının aşırma güçü aildə 90 mindən 120 minə çatdırılır.

Şirkətlər və istiqamətlər

Mütəmadi reyslər

Niş Hava Limanından istifadə edən şirkətlərinin siyahısı:

Avia şirkətlər Hava limanları
Wizz Air Eyndhoven Hava Limanı, Bazel-Myuluz Hava Limanı, Dortmund Hava Limanı, Malmö Hava Limanı, Memminqen Hava Limanı
Germania Flug Sürix Hava Limanı
Ryanair Orio al Serio Hava Limanı, Berlin-Şyonefeld Hava Limanı, M. R. Ştefanika adın hava Limanı, Stokholm-Skavsta Hava Limanı (31. oktyabr 2017-ci ildən), Vese Hava Limanı
RusLayn Mövsümü: Kaluqa Hava Limanı
Swiss International Air Lines Sürix Hava Limanı

Xidmətlər

2000-ci ildən etibarən hava limanı sərnişinləri Nişə aparan avtobuslara sahibdir. Taksi və avtomobil icarəsi xidməti aeroport binasında həyata keçirilir.

İstinadlar

  1. "Statistika - Aerodrom Konstantin Veliki". 2013-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-10.
  2. "GP Planum AD - Gradjevinsko preduzece". 2013-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-10.