Ryanair Ltd. (NASDAQ: RYAAY) — İrlandiyanın ucuzqiymətli hava yolları şirkətidir. Qərargahı Dublin Hava Limanında yerləşir.
"Ryanair" | ||||
---|---|---|---|---|
|
||||
Təsis olunub | 1985 | |||
Fəaliyyətə başlayıb | 1985 | |||
Mərkəz hava limanı | Dublin Hava Limanı | |||
Donanma ölçüsü | 303 | |||
Təyinat məntəqələri | 179 | |||
Qərargahı | Dublin | |||
Rəhbər | {{{Mikael O'Leari}}} | |||
Əməliyyat mənfəəti |
|
|||
Gəlir |
|
|||
Xalis mənfəət |
|
|||
Ümumi aktivlər |
|
|||
Ümumi kapital |
|
|||
İşçi sayı |
|
|||
Saytı | ryanair24.com | |||
Vikianbarda əlaqəli mediafayllar |
Ryanair 300-dən çox Boeing 737-800 tipli təyyarələrdən istifadə edir.[3] Bu hava yolları sürətlə inkişaf edərək, Avropada ən iri ucuzqiymətli hava yolları səviyyəsinə qalxmışdır. Uçuş istiqamətləri əsasən Avropa və Şimali Afrika ölkələrinədir.[4]
Təsis ediləndən bu yana, Ryanair kiçik hava yollarından hal hazırda ən iri hava yollarına çevrilmişdir. Ryanairin 8500 nəfər işçi qüvvəsi və 1200 nəfər pilot işçiləri vardır.
1997-ci ildə artıq şəxsi idarəyə keçən Ryanair sürətlə inkişaf etməyə başladı. Hava yollarına xeyli məbləğdə pullar yatırldı.
Ryanair 1985-ci ildə Kristofer Ryan, Liam Lonerqan və Toni Ryan tərəfindən təsis edilmişdir.[5] Hava yollarının ilk təyyarəsi 14 oturacaqlı Embraer Bandeirante tipli təyyarə olmuşdur. Bu təyyarə ilk uçuşunu Vaterforddan Londona həyata keçirmişdir.[6]
1986-cı ildə şirkət ikinci istiqamətini əlavə etdi. Bu Dublindən–Londona oldu. Bu zamanlar İngiltərə-İrlyandiya uçuşları bazarında Britaniya Hava Yolları və Aer Lingus fəaliyyət göstərirdi.
1992-ci ildən etibarən Avropa İttifaqı hava yollarına Avropanın digər ölkələrinə uçma icazəsi verir. Bu Ryanairin inkişafı üçün böyük bir imkan olmuşdur.[7] Bu hadisədən bəhrələnərək, uçma istiqamətlərinə Stokholm, Paris-Bueva və Brüssel yaxınlığında yerləşən Şarleroi əlvə olunur. 1998-ci ildə edilən yatırımlar sayəsində Ryanair 45 yeni Boeing 737-800 tipli təyyarələrini sifariş edir.[8]
Hava yollarının rəsmi saytı 2000-ci ildə fəaliyyətə başlayır. Onlayn bilet almaq üsulu təyyarə biletinə sərf edilən məbləğini aşağı saldı.
Şarleroi 2001-ci ildə Ryanairin yeni bazası seçilir. Həmin ildə Ryanair 155 yeni Boeing 737-800 təyyarəsini sifariş edir.[9] 2003-cü ildə 100 yeni təyyarə sifariş etdi.
İlk illərdə 700 000-dən az sərnişin daşıyan şirkət, 2003-cü ildə bu göstərici 21.4 milyona yüksəlmişdir. Çoxlu istiqamətlərin və bazaların əlavə edilməsi nəticəsində şirkətin sərnişindaşıma sayı xeyli artaraq Ryanairi Avropanın ən iri ucuzqiymətli hava yollarına çevirmişdir. 2005-ci ildə Ryanair Britaniya Hava Yollarından 20% daha çox sərnişin daşımışdır.[10]
2007-ci ilin Avqustundan etibarən, Ryanair hava limanında yoxlamanı ödənişli etmişdir. Halbuki, onlayn kontrol pulsuz şəkildə həyata keçirilir.[11]
Şirkətin başçısı Mikael O'Leari 2007-ci ilin Aprelində uzaq məsafəli uçuşların başlanmasını planlaşdırıldığını qeyd etmişdir. Lakin bu başqa brend adı ilə fəaliyyət göstərəcək. Bu hava yollarıda ekonom klass Ryanair kimi ucuzqiymətli, biznes klassın qiyməti isə xeyli yuxarı olacaqdır. Qiymətlərin 10€-dan başlayacağını söylənilmişdir. Yeni hava yolları Avropada yerləşən bazalarından fəaliyyətə başlayacaqdır. ABŞ-da isə 6 yeni bazalar olacaqdır. Yeni şirkətin adı RyanAtlantic olacaq.
2009-cu ilin Fevral ayında Ryanair kontrol masalarının yığışdırılması barədə bəyənat vermişdir. Çantaları təhvil edilən yerə verməklə baqaja yönləndiriləcəkdir. Oktyabr ayında bu artıq gerçəkləşmiş oldu.[12]
31 Avqust 2010 tarixi etibarı ilə Ryanair Belfast şəhərindən bütün aviamarşrutları kəsdi. Hımin ilin Sentyabr ayında isə Şennondan olan uçuşlar hava limanı vergiləri artdığına görə azaldılmışdır.[13] Buna baxmayaraq, şirkət Larnakanı marşrut siyahısına əlavə etdi.
Sentyabr ayında Ryanair Estoniyanın paytaxtı Tallindən 7 yeni marşrut açacağını bəyan etdi.
Aircraft | Fəaliyyətdə | Sifarişlər | Sərnişinlər (Ekonom) |
Qeyd |
---|---|---|---|---|
Boeing 737–800 | 303 | 175[14] | 189 | 2014-18-ci illərdə təyyarə parkına əlavə olunacaq, 75 dənə köhnə təyyarələr istifadədən çıxarılacaq. |