Niş Hava Limanı (serb. Аеродром Ниш — Константин Велики / Aerodrom Niš — Konstantin Veliki, ИАТА: INI, ИКАО: LYNI) — Serbiyada yerləşən mülki hava limanı. Aeroport Niş şəhərindən 4 km aralıda, Medoşevas kəndində yerləşir.
Niş Hava Limanı | |
---|---|
43°20′14″ şm. e. 21°51′13″ ş. u.HGYO |
|
IATA: INI – ICAO: LYNI | |
Məlumat | |
Hava limanı tipi | Mülki |
Ölkə | |
Açılış tarixi | 12 oktyabr 2003 |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
2012-ci ildə hava limanı 27426 sərnişinə xidmət etmişdir[1]. Aşırma qabiliyyəti hər saata üç təyyarədir. Priştina, Belqrad, Podqoritsa, Tivat, Sofiya, Skopye və Oxrid üçün ehtiyat hava limanı sayılır.
Nişdə ilk hava limanı 1910-cu ildə Trupale kəndi yaxınlığında inşa edilir. 1913-cü ildə Yuqoslaviya krallığının hava daşımaçılığını həyata keçirən Aeroput şirkətinin balansında olur. ikinci dünyü müharibəsindən sonra hava limanı hərbi məqsədlər üçün istifadə edilir. Hazırkı, hava limanının yerində 1952-ci ildə 1500 m uzunluğa malik beton uçuş-eniş zolağı salınır. 1972-ci ildə onun uzunluğu 2200 metrə qədər artırılır. 1986-cı ildə «Aerodrom Niş» şirkəti qurulur. Bu şirkət hazırdada hava limanının sahibidir. Rəsmi açılışı 12 oktyabr 1986-cı ildə gerçəkləşdirilir. İlk enişi Boinq 737 təyyarəsi edir.
NATO-nun Yuqoslaviyaya qarşı müharibəsi zamanı təkcə 1999-cu ildə uçuş-eniş zolağına 56 mərmi düşür. Bu isə zolağın 11 % ərazisinio məhv edir. Bundan sonra hava limanı bir müddət fəaliyyət göstərməmişdir. 2003-cü ildə Norveç Xariçi İşlər Nazirliyi hava limanının təmirini həyata keçirir. Hava limanı rəsmi olaraq 12 oktyabr 2003-cü ildə aşılır. Bundan sonra Böyük Konstantinin şərəfinə adlandırlır. Bərpa işləri 4 milyon dollara başa gəlir. Tikinti işləri mart 2003-cü ildən dekabr 2004-cü ilə qədər davam etmişdir. Burada 2130 m³ beton, 58400 ton asfalt istifadə edilmişdir[2]. Bərpadan sonra hava limanının aşırma güçü aildə 90 mindən 120 minə çatdırılır.
Niş Hava Limanından istifadə edən şirkətlərinin siyahısı:
Avia şirkətlər | Hava limanları |
---|---|
Wizz Air | Eyndhoven Hava Limanı, Bazel-Myuluz Hava Limanı, Dortmund Hava Limanı, Malmö Hava Limanı, Memminqen Hava Limanı |
Germania Flug | Sürix Hava Limanı |
Ryanair | Orio al Serio Hava Limanı, Berlin-Şyonefeld Hava Limanı, M. R. Ştefanika adın hava Limanı, Stokholm-Skavsta Hava Limanı (31. oktyabr 2017-ci ildən), Vese Hava Limanı |
RusLayn | Mövsümü: Kaluqa Hava Limanı |
Swiss International Air Lines | Sürix Hava Limanı |
2000-ci ildən etibarən hava limanı sərnişinləri Nişə aparan avtobuslara sahibdir. Taksi və avtomobil icarəsi xidməti aeroport binasında həyata keçirilir.