Nigar Köçərli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nigar Köçərli
Doğum tarixi
Doğum yeri
Fəaliyyəti "Əli və Nino" kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi.
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeni kavaleri (Fransa) — 2023

Nigar Köçərli (15 oktyabr 1975, Bakı) — Əli və Nino kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi.[1]

Həyatı

Nigar Köçərli 15 oktyabr 1975-ci ildə Bakı şəhərində ailəsində anadan olub. 138 saylı məktəbi gümüş medal ilə bitirib. 1997-ci ildə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. 1997–1999-cu illərdə xarici şirkətin Azərbaycan nümayəndəsi olub, 1999–2001-ci illərdə BMT-nin layihəsində çalışıb. 2001-ci ildən kitab biznesi ilə məşğul olmağa başlayıb. 17 avqust 2003-cü ildə 600 dollar sərmayə ilə ilk "Əli və Nino" kitab mağazasını açıb.[2] Hazırda “Əi və Nino” kitab şəbəkəsi 11 kitab mağazasından, eləcə də "Alinino.az" onlayn mağazasından ibarətdir.

Ailəsi

Fəaliyyəti

Milli Kitab Mükafatı

Azərbaycanın ilk müstəqil ədəbiyyat layihəsidir. 2005-ci ildə Nigar Köçərli tərəfindən təsis olunub.[3]

Qadın sahıbkarlığına dəstək

Azərbaycanda artıq on ildən çoxdur ki, aktiv onlayn satış həyata keçirən Alinino.az saytı zəhmətkeş qadınlara sosial dəstək istiqamətli layihə həyata keçirir. Sayt Azərbaycanın hər yerində fəaliyyət göstərən və kiçik bizneslə məşğul olan qadın sahibkarlara öz məhsullarını Alinino.az saytında tamamilə təmannasız, ayrıca onlayn mağaza kimi satışa təqdim etmək imkanı yaradır.[4]

“Əli və Nino” Nəşriyyatı

"Əli və Nino" Nəşriyyatı əsası 2005-ci ildə qoyulmuş müstəqil Azərbaycan nəşriyyatıdır. Dünya və Azərbaycan üzrə müasir və klassik əsərlər, uşaq ədəbiyyatı və s. nəşrləri Azərbaycan oxucusuna təqdim edir.[5]

Milli Kitab Sərgisi

Milli Kitab Sərgisi 2020-ci ildə təsis olunmuşdur,müstəqil nəşriyyatlarının kitab sərgisidir. İldə 2 dəfə keçirilir. Sonuncu dəfə İçərişəhərdə 2023-cü ildə keçirilib. Sərginin təsisçiləri -

Şahbaz Xuduoğlu və Nigar Köçərli.[6]

Mükafatlar

  • 4 May 2023-cü ildə Fransanın İncəsənət və Ədəbiyyat Ordeninin (Ordre des Arts et des Lettres) Cəngavər rütbəsi ilə təltif olunub.[7]

İstinadlar

  1. "NİGAR KÖÇƏRLİ: "MƏN ÖZ ADIMI və REPUTASİYAMI QORUYAN ADAMAM"". 2015-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-27.
  2. "Nigar Köçərli uğurun sirrini açıqlayır". 2020-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-13.
  3. modern.az. "Milli Kitab Mükafatı təsis olunub". modern.az (az.). 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-25.
  4. "Qadın sahibkar". alinino.az. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-25.
  5. ""Əli və Nino" nəşriyyatı". alinino.az. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-25.
  6. "Bakıda milli kitab sərgisi keçiriləcək – İlk dəfə". Kulis.az (az.). 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-25.
  7. modern.az. "Fransa Nigar Köçərliyə "Cəngavər" rütbəsi verdi". modern.az (az.). 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-25.