Oqtay Kərimov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Oqtay Kərimov
Vəzifədədir
16 dekabr 2022-ci ildən
NazirVilayət Eyvazov
ƏvvəlkiOruc Zalov
Şəxsi məlumatlar
Doğum tarixi 6 iyun 1967(1967-06-06) (56 yaş)
Doğum yeri
Təhsili
Rütbəsi
Polis general-leytenantı

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2021 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2015 "Vətən uğrunda" medalı — 2018 "İgidliyə görə" medalı — 2004 "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)" yubiley medalı "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993–2018)" yubiley medalı "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı "Azərbaycan Polisinin 95 illiyi (1918–2013)" yubiley medalı "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

Oqtay Əsgər oğlu Kərimov (6 iyun 1967, Bakı) — Azərbaycan Respublikası daxili işlər nazirinin müavini (2022-ci ildən), polis general-leytenantı (2023).

Həyatı

Oqtay Əsgər oğlu Kərimov 6 iyun 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Simferopol Ali Hərbi-Siyasi İnşaat Məktəbini, 1997-ci ildə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir.[1]

Oqtay Kərimov 1988–1990-cı illərdə SSRİ Silahlı Qüvvələrində bölük komandirinin müavini, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyindəki nizami polis hissəsində bölük komandirinin müavini və bölük komandiri olmuşdur. 1992-ci ildən 2015-ci ilədək DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsində inspektor, baş inspektor, şöbə rəisi, Baş idarə rəisinin müavini, 2015–2016-cı illərdə DİN-in Daxili Qoşunlarında Qərargah rəisinin birinci müavini, 2016–2022-ci illərdə isə Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifələrində xidmət etmişdir. 16 dekabr 2022-ci ildə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilmişdir.[1]

Oqtay Kərimova 29 iyun 2017-ci ildə polis general-mayoru, 25 iyun 2023-cü ildə polis general-leytenantı isə ali xüsusi rütbələri verilmişdir.[1]

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 30 iyun 2004-cü ildə "İgidliyə görə" medalı[2], 1 iyul 2015-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni[3], 29 iyun 2018-ci ildə "Vətən uğrunda" medalı[4], 2 iyul 2021-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni[5] ilə təltif edilmişdir.

Ailəlidir, üç övladı var.

İstinadlar

  1. 1 2 3 "Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini, polis general-leytenantı Kərimov Oqtay Əsgər oğlu". mia.gov.az. 2023-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
  2. "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". e-qanun.az. 2024-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
  3. "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". e-qanun.az. 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
  4. "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". e-qanun.az. 2023-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
  5. "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". e-qanun.az. 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.