Pavel Osipov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Pavel Osipov
rus. Осипов Павел Дмитриевич
Şəxsi məlumatlar
Doğum tarixi 1913
Doğum yeri
Vəfat tarixi 27 mart 1944(1944-03-27)
Vəfat yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rus
Qoşun növü SSRİ Hərbi Dəniz Qüvvələri[d]
Rütbəsi Matros
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni

Pavel Dmitriyeviç Osipov (1913, Bakı27 mart 1944, Mikolayev) — Sovet İttifaqı Qəhrəmanı (20 aprel 1945).

Həyatı

Pavel Osipov 1913-cü ildə Bakıda anadan olub. Milliyətcə rusdur. Orduya çağırılanadək Bakı şəhərində Böyük Qala küçəsindəki 37 saylı evdə yaşamışdır. Paris Kommunası zavodunda dəmirçi işləmişdir.[1] 1942-ci ildə Bakı Şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Matros idi. Ukrayna, Krım, Tuapse cəbhələrində vuruşmuşdur[2].

27 mart 1944-cü ildə Ukraynanın Nikolayev vilayətində həlak olmuşdur[2].

20 aprel 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Lenin ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir[2].

İstinadlar

  1. Məzahir Abbasov.Sovet İttifaqı Qəhrəmanı. Bakı. Gənclik 1975.
  2. 1 2 3 Azərbaycan Respublikası Xatirə Kitabı, XII cild. Bakı: Respublika Xatirə Kitabı redaksiyası. 2012. səh. səh.73. ISBN A-49.

Xarici keçidlər