Pavel Dmitriyeviç Osipov (1913, Bakı – 27 mart 1944, Mikolayev) — Sovet İttifaqı Qəhrəmanı (20 aprel 1945).
Pavel Osipov | |
---|---|
rus. Осипов Павел Дмитриевич | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1913 |
Doğum yeri | |
Vəfat tarixi | 27 mart 1944 |
Vəfat yeri | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rus |
Qoşun növü | SSRİ Hərbi Dəniz Qüvvələri[d] |
Rütbəsi | Matros |
Döyüşlər | |
Təltifləri |
|
Pavel Osipov 1913-cü ildə Bakıda anadan olub. Milliyətcə rusdur. Orduya çağırılanadək Bakı şəhərində Böyük Qala küçəsindəki 37 saylı evdə yaşamışdır. Paris Kommunası zavodunda dəmirçi işləmişdir.[1] 1942-ci ildə Bakı Şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Matros idi. Ukrayna, Krım, Tuapse cəbhələrində vuruşmuşdur[2].
27 mart 1944-cü ildə Ukraynanın Nikolayev vilayətində həlak olmuşdur[2].
20 aprel 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Lenin ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir[2].