Poyarnova yemişanı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Poyarnova yemişanı
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Crataegus laciniata subsp. pojarkovae

Poyarnova yemişanı (lat. Crataegus laciniata subsp. pojarkovae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinin crataegus laciniata növünə aid bitki yarımnövü.

Təbii yayılması

Krım dağlarının şərq hissəsində təbii halda bitir.

Botaniki təsviri

Hündürlüyü 3–6 m olan endemik ağac və ya koldur. Yarpaqları növbəli, 3-5 pərli, seyrək tükcüklü, gümüşü rəngdədir. Çiçəkləri ağ qalxanvari çiçək qrupuna yığılmışdır. Meyvəsi sarı, yumru və ya armudvaridir (uzunluğu 25 mm-dən). 3-5 çəyirdəkli yeməlidir. İyunda çiçəkləyir, meyvəsi sentyabarda yetişir. Vegetativ və toxumlarla çoxalır.

Ekologiyası

Quru, daşlıq yamaclarda, meşələrdə, qruplaşmalarda (d.s.50–300 m hündürülükdə) bitir.

Azərbaycanda yayılması

Naxçıvan MR təbii halda rast gəlinir.

İstifadəsi

Meyvələri askorbin turşusu və digər vitaminlərlə zəngindir. Balaverici, dərman, qida, dekorativ bitkisi kimi əhəmiyyətlidir. Mədəni şəraitdə dekorativ və meyvəli bitki kimi becərmək tövsiyə edilir. Torpağın erroziyasının qarşısını almaq məqsədilə tətbiq edilir.

İstinadlar

Həmçinin bax