Poyarnova yemişanı (lat. Crataegus laciniata subsp. pojarkovae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinin crataegus laciniata növünə aid bitki yarımnövü.
Poyarnova yemişanı | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Yarımnöv: Poyarnova yemişanı |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Krım dağlarının şərq hissəsində təbii halda bitir.
Hündürlüyü 3–6 m olan endemik ağac və ya koldur. Yarpaqları növbəli, 3-5 pərli, seyrək tükcüklü, gümüşü rəngdədir. Çiçəkləri ağ qalxanvari çiçək qrupuna yığılmışdır. Meyvəsi sarı, yumru və ya armudvaridir (uzunluğu 25 mm-dən). 3-5 çəyirdəkli yeməlidir. İyunda çiçəkləyir, meyvəsi sentyabarda yetişir. Vegetativ və toxumlarla çoxalır.
Quru, daşlıq yamaclarda, meşələrdə, qruplaşmalarda (d.s.50–300 m hündürülükdə) bitir.
Naxçıvan MR təbii halda rast gəlinir.
Meyvələri askorbin turşusu və digər vitaminlərlə zəngindir. Balaverici, dərman, qida, dekorativ bitkisi kimi əhəmiyyətlidir. Mədəni şəraitdə dekorativ və meyvəli bitki kimi becərmək tövsiyə edilir. Torpağın erroziyasının qarşısını almaq məqsədilə tətbiq edilir.