Qüdsi Osmanov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qüdsi Osmanov
Şəxsi məlumatlar
Doğum tarixi 16 fevral 1966(1966-02-16) (58 yaş)
Doğum yeri
Fəaliyyəti diplomat
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı

Təltifləri Jubilee Medal "300 Years of the Russian Navy" "Sankt-Peterburqun 300 illik xatirəsinə" medalı "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı "Şərəf" ordeni 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

Qüdsi Dursun oğlu Osmanov (16 fevral 1966, Noyemberyan rayonu) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri.

Həyatı

Qüdsi Osmanov 16 fevral 1966-cı ildə Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olub.

Sankt-Peterburq Su Kommunikasiyaları Universitetini (İqtisadiyyat), Sankt-Peterburq Dövlət Universitetinin Hüquqşunaslıq və Beynəlxalq Münasibətlər fakültələrini bitirmişdir. Siyasi elmlər namizədidir. Rusiya Federasiyasının XİN nəzdində Diplomatik akademiyasının "Beynəlxalq iqtisadiyyat" fakültəsinin magistraturasını bitirmişdir.

1984–1987 — keçmiş SSRİ hərbi qüvvələr sırasında xidmət etmişdir.

Evlidir, dörd övladı var.

Karyerası

1997–2004 — Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Fəxri konsulu vəzifəsində çalışmışdır.

2005–2013 — Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulu vəzifəsində çalışmışdır.

2013–2016 — Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfir müavini vəzifəsində çalışmışdır.

2016-2023 - Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri.[1]

9 dekabr 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.[2]

Fövqəladə və Səlahiyyətli Səfir diplomatik ranqına malikdir.

Fəaliyyət sahəsi

  • Azərbaycan ilə Rumıniya arasında iqtisadiyyat, ticarət, mədəniyyət, idman və elmi-texniki sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi.
  • Azərbaycan Respublikasının milli maraqlarının, Azərbaycan Respublikasının Rumıniyada yaşayan vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və mənafelərinin qorunması.

Mükafatları

  • "Sankt-Peterburqun 300-illiyi", "Rusiya donanmasının 300-illiyi" və Rusiyanın görkəmli dövlət xadimi və diplomat A. M. Qorçakov adına medallar ilə təltif edilmişdir.
  • Azərbaycan Respublikası Prezidentinin 09 iyul 2019 il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[1]
  • 09 iyul 2019 il tarixində Azərbaycan Respublikasının diplomatik orqanlarının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Xarici İşlər nazirliyinin medalı ilə təltif edilmişdir.
  • Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiyası Nazirliyinin "Diplomatik xidmətə görə" II dərəcəli medalı (30 oktyabr 2023-cü il)
  • "Şərəf" ordeni (Moldova) (12 dekabr 2023)
  • Moldova Respublikası Daxili İşlər Nazirliyinin “Əməkdaşlığa görə” medalı (27 dekabr 2023-cü il)
  • Moldova Hökumətinin Fəxri Diplomu (28 dekabr 2023-cü il)[3]

İstinadlar

  1. "Q.D.Osmanovun Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-08.
  2. "Q.D.Osmanovun Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-09.
  3. https://azertag.az/xeber/moldovanin_bas_naziri_dorin_rechan_qudsi_osmanovu_fexri_diplomla_teltif_edib-2868571 (#bare_url_missing_title). 2023-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.

Mənbə