Qüdsi Dursun oğlu Osmanov (16 fevral 1966, Ləmbəli, Noyemberyan rayonu) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri.
Qüdsi Osmanov 16 fevral 1966-cı ildə Ermənistan SSR Noyemberyan rayonu Ləmbəli kəndində anadan olub.
Sankt-Peterburq Su Kommunikasiyaları Universitetini (İqtisadiyyat), Sankt-Peterburq Dövlət Universitetinin Hüquqşunaslıq və Beynəlxalq Münasibətlər fakültələrini bitirmişdir. Siyasi elmlər namizədidir. Rusiya Federasiyasının XİN nəzdində Diplomatik akademiyasının "Beynəlxalq iqtisadiyyat" fakültəsinin magistraturasını bitirmişdir.
1984–1987 — keçmiş SSRİ hərbi qüvvələr sırasında xidmət etmişdir.
Evlidir, dörd övladı var.
- 1997–2004 — Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Fəxri konsulu vəzifəsində çalışıb.[1]
- 2004-cü il dekabrın 16-da ona 1-ci dərəcəli fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.[2]
- 2005–2013 — Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulu vəzifəsini daşıyıb.[3][4]
- 2013–2016 — Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfir müavini vəzifəsini yerinə yetirib.[5][6][7]
- 2016-cı il sentyabrın 7-də o, Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi ilə təltif edilib.[8]
- 2016-2023 — Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.[9]
9 dekabr 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.[10]
Qüdsi Osmanov Fövqəladə və Səlahiyyətli Səfir diplomatik ranqına malikdir.
- Azərbaycan ilə Rumıniya arasında iqtisadiyyat, ticarət, mədəniyyət, idman və elmi-texniki sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi.
- Azərbaycan Respublikasının milli maraqlarının, Azərbaycan Respublikasının Rumıniyada yaşayan vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və mənafelərinin qorunması.
- "Sankt-Peterburqun 300-illiyi", "Rusiya donanmasının 300-illiyi" və Rusiyanın görkəmli dövlət xadimi və diplomat A. M. Qorçakov adına medallar ilə təltif edilib.[11]
- Azərbaycan Respublikası Prezidentinin 09 iyul 2019 il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[12]
- 09 iyul 2019 il tarixində Azərbaycan Respublikasının Xarici İşlər nazirliyinin "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif olunub.
- Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiyası Nazirliyinin "Diplomatik xidmətə görə" II dərəcəli medalı (30 oktyabr 2023-cü il)
- "Şərəf" ordeni (Moldova) (12 dekabr 2023)[13][14][15]
- Moldova Respublikası Daxili İşlər Nazirliyinin “Əməkdaşlığa görə” medalı (27 dekabr 2023-cü il)
- Moldova Hökumətinin Fəxri Diplomu (28 dekabr 2023-cü il)[16]