Noyemberyan, Barana — Ermənistanda şəhər, Noyemberyan rayonunun mərkəzi. Ayrum dəmiryolu stansiyasından 20 kilometr aralıdadır.[1] Barana — Yelizavetpol (Gəncə) quberniyasının Qazax-Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd və Barana rayonunun mərkəzi.[2] Qaraqoyunlu Dərəsinin şimalını əhatə edən Barana mahalının adı Baranlı sülaləsi ilə bağlıdır.[3] Baranlı sülaləsi Qaraqoyunlular dövlətinin baniləri Qara Mansurun oğlu Bayram Xoca, Qara Yusif (Qaraqoyunlular) və Sultanqulu bəy Baranlı (Qütbşahlar dövlətinin banisi) kimi nümayəndələri ilə tanınır.[4][5]
şəhər | |
Noyemberyan | |
---|---|
41°10′21″ şm. e. 44°59′37″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Loru mahalı |
Rayon | Barana rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 898 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 820 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodu | 58 |
Digər | |
noyemberyan.am | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi qeyd olunur. V. V. Radlovun fikrincə "barana" türk sözüdür və rus dilindəki "baran" sözü də qədim türklərin dilindən keçmişdir. Barana isə qoyunlu yer anlamındadır. Azərbaycan tarixçiləri isə bu toponimi Ağqoyunlu və Qaraqoyunlu tayfaları ilə bağlayır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. I.1938-ci il fərmanı ilə yaşayış məntəqəsinin adı dəyişdirilib Böyük Oktyabr Sosialist inqilabının şərəfinə Noyemberyan qoyulmuşdur.
1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində Barani kəndi qeyd olunur[6][7] İncəsu çayının adı ilə əlaqədar olaraq İncəsu da adlanmışdır. 1938-ci ildə ermənicə Noyemberyan adlandırılmışdır. Qaraqoyunluların Barani tayfasının[8][9] adını əks etdirir. Azərbaycanda Boranikəndin (Salyan rayonu adı ilə mənşəcə eynidir. (Şərqi Anadoluda Barana mahalı)