Qütb Minar kompleksi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qütb Minar kompleksi
hind. कुत्ब
Xəritə
28°31′28″ şm. e. 77°11′08″ ş. u.
Ölkə  Hindistan
Şəhər Dehli
Aidiyyatı Dehli sultanlığı
Tikilmə tarixi 1192- 1198
Vəziyyəti stabil
Rəsmi sayt delhitourism.gov.in/delh…
TipiMədəni
Kriteriyaiv
Təyin edilib1993
İstinad nöm.233
DövlətHindistan
RegionAsiya
Qütb Minar kompleksi (Hindistan)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qütb Minar kompleksi Dehli şəhərinin cənub-qərbində Qütb Minar minarəsi və ətrafındakı bir neçə tarixi memarlıq abidələrindən ibarətdir.

Dehli sultanlığı dövründə tikilən bu abidələr Hint-İslam memarlığının gözəl nümunələrdir.

1993-də Ümumdünya irsi sıyahısına daxil edilmişdir.[1]

Tarixi

Dehli şəhərinin işğalından sonra Sultan Qütbəddin Aybək tərəfindən 1192-1198-ci ildə tikilən Qüvvət’ül-İslam Məscidi tikilməsi ilə Qütb Minar kompleksinin əsası qoyuldu. 1235-ci ildə sultanın özü tərəfindən tikilmiş Şəmsəddin Eltutmuş türbəsi və Alaeddin Halaci tərəfindən 1311-ci ildə tikilən Alai Darvazası Qütb Minar kompleksinin ən gözəl memarlıq nümunələrindən biridir.

Abidələr

Alai Darvazası

Sultan Əlaəddin Məhəmməd şahın dövründə tikilən Alai Darvazası

Alai Darvazası Qüvvət-ül-İslam məscidinin cənub tərəfində yerləşir və məscidin əsas giriş qapısıdır. Alai Darvazası 1311-ci ildə Sultan Əlaəddin Məhəmməd şahın dövründə tikilmişdir.

Qütb Minar minarəsi

Qütb Minar minarəsi və Alai Darvazası , Qüvvət-ul-İslam məscidinin girişi

Qütb Minar minarəsi (hind. क़ुतुब मीनार)— XIII əsr memarlıq abidəsi.

1206-1210-cu illərdə Dehli sultanlığının qurucusu Sultan Qütbəddin Aybək tərəfindən tikilib. Qütb minar qülləsinin bir hissəsinin uçmasına baxmayaraq, dünyanın ən möhtəşəm minarəsidir. Minarənin hündürlüyü 73 metr, diametri 14 metrdir.[2] Qırmızı daş və mərmərdən tikilmişdir.

72,6 metr hündürlüyündə olan və kərpicdən tikilən minarə orta əsr Hind-islam memarlığı nın ən unikal abidəsidir və YUNESCO tərəfindən qorunur. Dehli sultanlığının qurucusu Sultan Qütbəddin Aybək tərəfindən minarənin inşasına 1193-cü ildə başlayıb. Minarənin tikintisini isə varisi Şəmsəddin Eltutmuş tamamlayıb.

Dəmir sütun

Qüvvət-ül-İslam məscidinin qarşınıdakı Dəmir sütun

Dəmir sütun dünyanın ən əsas metal simvollarından biridir. Sütunun hündürlüyü 7.21 metr, ağırlığı isə 6 tondan çoxdur.Dəmir sütun 402-ci ildə II Chandraqupta (375-414) dövründə hazırlanmışdır.

Mədrəsə

Sultan Əlaəddin mədrəsəsi

1316-cı ildə Qüvvət-ül-İslam məscidinin cənub-qərbində Sultan Əlaəddin Məhəmməd şahın dövründə tikilən Sultan Əlaəddin mədrəsəsi hindistanda ilk müsəlman mədrəsələrindən biridir.

Alai Minar

Alai Minar

Alai Minar Sultan Əlaəddin Məhəmməd şahın dövründə Qüvvət-ül-İslam məscidinin yaxınlığında tikilmişdir. Alai Minarın hündürlüyü 24.5 metrdir. Alai Minar Xələclər sülaləsinin dövründə tikilən ən gözəl memarlıq nümunələrindən biridir.

Şəkillər

Həmçinin bax

İstinadlar

  1. http://whc.unesco.org/en/list/233 Arxivləşdirilib 2018-12-26 at the Wayback Machine Qütb Minar kompleksi, UNESCO
  2. "Qutub Minar Height". qutubminardelhi.com. İstifadə tarixi: 13 may 2016.[ölü keçid]

Xarici keçidlər