Qətafan

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bənu Qətafan
بنو غطفان
qeysi ərəb qəbiləsi
NisbəQətafani
YerƏrəbistan
Əsas qəbiləQeys
Qolları
Diliərəbcə
Diniislam

Qətafan (ərəb. غطفان‎) — ərəb qəbilə konfederasiyası. Onlar əvvəlcə Mədinənin şimal-şərqində yerləşirdilər. Qətafanın əsas qolları Bənu Əbs, Bənu Sübyan və Əşca qəbilələri idi. Onlar Məhəmməd ilə ünsiyyətdə olan ərəb qəbilələrindən biri idilər. Onlar Xəndək döyüşündə qureyşilər ilə müttəfiq olmuşdular.[1]

Mənşəyi

Qətafan Hicaz dağları ilə Cəbəl-Şəmmar arasında Nəcdin Rumma vadisi regionunda məskunlaşan bir bədəvi qəbilə qrupu idi. Ərəb şəcərə ənənəsinə görə, qəbilənin əcdadı Qətafan ibn Səid ibn Qeys Əylan idi və bu, onu daha böyük Qeys qəbiləsinin bir hissəsi edir.[2] Qətafan sözünün etimologiyası və ya mənası məlum deyil.[3]

Mənbə

İstinadlar

  1. The Meaning of the Qur'an (tafsir) [1] by Maududi on MSA West Compendium of Muslim Texts
  2. Fück, p. 1023.
  3. Fück, p. 1024.

Ədəbiyyat

  • Fück, J. W. (1965). "Ghaṭafān". In Lewis, B.; Pellat, Ch. & Schacht, J. (eds.). The Encyclopaedia of Islam, Second Edition. Volume II: C–G. Leiden: E. J. Brill. pp. 1023–1024. OCLC 495469475.