Qanqo məbədi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şinqon RitsuKeqon buddizmi
Qanqo məbədi
Qanqo-ci (元興寺?)
Qokurakubo (əsas zal)
Qokurakubo (əsas zal)
Yerləşməsi
Ölkə
Bölgə Nara prefekturası
Şəhər Nara
Memarlıq
İnşa tarixi 588
Tikdirəni Soqa no Umako
Qanqo məbədi xəritədə
Qanqo məbədi
Qanqo məbədi
gangoji-tera.or.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qanqo məbədi (元興寺, Qanqo-ci?) və ya Şin Qanqo məbədiYaponiyanın Nara şəhərində yerləşən buddist məbədi. Buddizmin KeqonŞinqon Ritsu sektalarına aiddir. Əsası 588-ci ildə qoyulmuşdur. UNESCO-nun ümumdünya irsi siyahısındadır.

Tarix

Məbəddə saxlanılan paqoda modeli.

Məbəd 588-ci ildə Soqa no Umako tərəfindən qurulmuşdur.[1] İlk öncə Asuka şəhərində yerləşdiyi üçün Hoko məbədi və Asuka məbədi adları ilə tanınmışdır.[1]

İmperatorluq sarayı Asuka şəhərindən Nara şəhərinə köçürüləndən sonra məbəd 718-ci ildə Narada yenidən təşkil olunmuşdur.[1] Buna görə də Şin (Yeni) Qanqo məbədi adı ilə tanınır.[1] Yenidən tikilmiş məbəd düzbucalıq həyətin içərisində yerləşən böyük qızıl zaldan və cinahlarda yerləşən iki beşmərtəbəli paqodadan ibarət idi.[1] 749-cu ildə Qanqo məbədi Today məbədindən sonra ölkənin ikinci ən əhəmiyyətli məbədi hesab olunurdu.[1] Nara dövründə Sanron məktəbinin məbədi kimi qəbul edilmişdir.[1] Nara və Heyan dövrlərində bir çox əhəmiyyətli dövlət tədbirləri Qanqo məbədində keçirilmişdir.[1] ÇikoRayko kimi keşişlər bu məbəddə Sanron haqqında mühazirələr vermiş, Şoqo, Şinrey, QomyoMyosen kimi keşişlər isə Hosso təliminin ustaları olmuşdurlar.[1] Hosso təliminin digər mərkəzi olan Kofuku məbədindən cənubda yerləşdiyi üçün Qanqo məbədi Hosso təliminin cənub qolu hesab olunmuşdur.[1] Bu dövrdə Qanqo məbədi "Naranın yeddi məbədi" statusuna qədər yüksəlmişdir.[1]

Heyan dövrünün ortalarından etibarən məbəd öz əhəmiyyətini itirməyə başlamış, lakin bohisattva KanonTəmiz torpaq inancı üçün ibadət mərkəzi olaraq qalmağa davam etmişdir.[1] 1859-cu ildə baş vermiş yanğın məbədi tamamilə məhv etmişdir.[1]

Vəziyyəti

Paqodanın daş bünövrəsindən başqa orijinal tikilinin heç bir hissəsi müasir dövrə qədər gəlib çatmamışdır.[1]

Hazırkı məbəd Qokurakudo adlı əsas zaldan və Zen otağından ibarətdir.[1] Hər iki tikili Milli xəzinə elan olunmuşdur.[1] Məbəddə qorunan digər xəzinələrə budda Yakuşinin IX əsrdə hazırlanmış taxta ikonası və beşmərtəbəli paqodanın VIII əsrdə aid, 5,5 metrlik modeli aiddir.[1] Məbəddə budda Amidanın Heyan dövrünə aid heykəli, Şahzadə Şotokunun XVIII əsrə aid heykəli və Kukayın XIV əsrə aid heykəli mühafizə olunur.[2] Bu heykəllərin üçü də Əhəmiyyətli mədəni mülk elan olunmuşdur.[2]

Məbəd Çiko tərəfindən hazırlanmış iki orijinal mandalanın nüsxələrinə də ev sahibliyi edir.[2] Biri XIII əsrə aiddir və taxta lövhələr üzərində çəkilib.[2] Digəri isə XV əsrə aiddir və ipək parça üzərində hazırlanıb.[2] Hər iki mandala Əhəmiyyətli mədəni mülk statusu daşıyır.[2]

Qalereya

İstinadlar

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild. Tokio: Kodansha. 1983. səh. 6-7. ISBN 0-87011-623-1. İstifadə tarixi: 2 iyul 2022.