Qanqo məbədi (元興寺, Qanqo-ci?) və ya Şin Qanqo məbədi – Yaponiyanın Nara şəhərində yerləşən buddist məbədi. Buddizmin Keqon və Şinqon Ritsu sektalarına aiddir. Əsası 588-ci ildə qoyulmuşdur. UNESCO-nun ümumdünya irsi siyahısındadır.
Şinqon Ritsu–Keqon buddizmi | |
Qanqo məbədi | |
---|---|
Qanqo-ci (元興寺?) | |
| |
Yerləşməsi | |
Ölkə | |
Bölgə | Nara prefekturası |
Şəhər | Nara |
Memarlıq | |
İnşa tarixi | 588 |
Tikdirəni | Soqa no Umako |
|
|
Saytı | |
gangoji-tera.or.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Məbəd 588-ci ildə Soqa no Umako tərəfindən qurulmuşdur.[1] İlk öncə Asuka şəhərində yerləşdiyi üçün Hoko məbədi və Asuka məbədi adları ilə tanınmışdır.[1]
İmperatorluq sarayı Asuka şəhərindən Nara şəhərinə köçürüləndən sonra məbəd 718-ci ildə Narada yenidən təşkil olunmuşdur.[1] Buna görə də Şin (Yeni) Qanqo məbədi adı ilə tanınır.[1] Yenidən tikilmiş məbəd düzbucalıq həyətin içərisində yerləşən böyük qızıl zaldan və cinahlarda yerləşən iki beşmərtəbəli paqodadan ibarət idi.[1] 749-cu ildə Qanqo məbədi Today məbədindən sonra ölkənin ikinci ən əhəmiyyətli məbədi hesab olunurdu.[1] Nara dövründə Sanron məktəbinin məbədi kimi qəbul edilmişdir.[1] Nara və Heyan dövrlərində bir çox əhəmiyyətli dövlət tədbirləri Qanqo məbədində keçirilmişdir.[1] Çiko və Rayko kimi keşişlər bu məbəddə Sanron haqqında mühazirələr vermiş, Şoqo, Şinrey, Qomyo və Myosen kimi keşişlər isə Hosso təliminin ustaları olmuşdurlar.[1] Hosso təliminin digər mərkəzi olan Kofuku məbədindən cənubda yerləşdiyi üçün Qanqo məbədi Hosso təliminin cənub qolu hesab olunmuşdur.[1] Bu dövrdə Qanqo məbədi "Naranın yeddi məbədi" statusuna qədər yüksəlmişdir.[1]
Heyan dövrünün ortalarından etibarən məbəd öz əhəmiyyətini itirməyə başlamış, lakin bohisattva Kanon və Təmiz torpaq inancı üçün ibadət mərkəzi olaraq qalmağa davam etmişdir.[1] 1859-cu ildə baş vermiş yanğın məbədi tamamilə məhv etmişdir.[1]
Paqodanın daş bünövrəsindən başqa orijinal tikilinin heç bir hissəsi müasir dövrə qədər gəlib çatmamışdır.[1]
Hazırkı məbəd Qokurakudo adlı əsas zaldan və Zen otağından ibarətdir.[1] Hər iki tikili Milli xəzinə elan olunmuşdur.[1] Məbəddə qorunan digər xəzinələrə budda Yakuşinin IX əsrdə hazırlanmış taxta ikonası və beşmərtəbəli paqodanın VIII əsrdə aid, 5,5 metrlik modeli aiddir.[1] Məbəddə budda Amidanın Heyan dövrünə aid heykəli, Şahzadə Şotokunun XVIII əsrə aid heykəli və Kukayın XIV əsrə aid heykəli mühafizə olunur.[2] Bu heykəllərin üçü də Əhəmiyyətli mədəni mülk elan olunmuşdur.[2]
Məbəd Çiko tərəfindən hazırlanmış iki orijinal mandalanın nüsxələrinə də ev sahibliyi edir.[2] Biri XIII əsrə aiddir və taxta lövhələr üzərində çəkilib.[2] Digəri isə XV əsrə aiddir və ipək parça üzərində hazırlanıb.[2] Hər iki mandala Əhəmiyyətli mədəni mülk statusu daşıyır.[2]