Qapan nahiyəsi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Qapan nahiyəsi — İnzibati ərazi.

Zəngəzur qəzasının Qafan nahiyəsi qəzanın, təxminən mərkəzində yerləşmişdi. Bu nahiyənin hesabına 1930-cu ildə Ermənistan SSR-nin tərkibində ərazisi 1345 km olan Qafan rayonu və 1933-cü ildə Azərbaycan SSR-nin tərkibində sahəsi 802 km olan Qubadlı rayonu yaradılmışdır. Qafan (Kapan) nahiyəsi Bərguşad (Bazar çay) çayının boyunca Zəngəzur nahiyəsi, cənubdan Meğri və qərbdən Sisyan nahiyələri ilə həmsərhəddir. Bu nahiyə 6 kiçik dairəyə (okruq) bölünmüşdür: Oxçu dairəsi, Gığı dərəsi dairəsi, Əcanan türk dairəsi, Kəpəz dairəsi, Bəsitçay dairəsi və Çaundur-çay dairəsi. Qafan nahiyəsi də digər nahiyələr kimi dağlıqdır. Bəzi yerlərdə isə bu dağlar keçilməz sıldırımlar və yarğanlarla haşiyələnir. Bu nahiyədə meşə örtüyü qalın və zəngindir (165, 8).[1][2]

1840 cı ildə Şuşa qəzası nın nahiyəsi olmuşdur.

1867-ci il dekabr tarixli fərmana əsasən, Zəngəzur və Cavanşir sahələri Şuşa qəzasından ayrılıb müstəqil qəzalara çevrildilər. 1867-ci il dekabr tarixli fərmana əsasən, Qafan nahiyəsi Zəngəzur qəzasının 3-cü sahəsi (uçastok) nın nahiyəsi olmuşdur.

Zəngəzur qəzasının Qafan nahiyəsinin ərazisi hesabına isə 1930-cu il sentyabrın 9-da Ermənistan SSRnin tərkibində sahəsi olan Qafan rayonu təsis edilmişdir[3]

Həmçinin bax

İstinadlar

  1. Musa Urud Zəngəzur (elmi-publisistik nəşr). Bakı: Nurlar, 2005, 503 səh.
  2. "Arxivlənmiş surət". 2020-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-27.
  3. "Arxivlənmiş surət" (PDF). 2018-12-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-11-27.