Qapan nahiyəsi — İnzibati ərazi.
Zəngəzur qəzasının Qafan nahiyəsi qəzanın, təxminən mərkəzində yerləşmişdi. Bu nahiyənin hesabına 1930-cu ildə Ermənistan SSR-nin tərkibində ərazisi 1345 km olan Qafan rayonu və 1933-cü ildə Azərbaycan SSR-nin tərkibində sahəsi 802 km olan Qubadlı rayonu yaradılmışdır. Qafan (Kapan) nahiyəsi Bərguşad (Bazar çay) çayının boyunca Zəngəzur nahiyəsi, cənubdan Meğri və qərbdən Sisyan nahiyələri ilə həmsərhəddir. Bu nahiyə 6 kiçik dairəyə (okruq) bölünmüşdür: Oxçu dairəsi, Gığı dərəsi dairəsi, Əcanan türk dairəsi, Kəpəz dairəsi, Bəsitçay dairəsi və Çaundur-çay dairəsi. Qafan nahiyəsi də digər nahiyələr kimi dağlıqdır. Bəzi yerlərdə isə bu dağlar keçilməz sıldırımlar və yarğanlarla haşiyələnir. Bu nahiyədə meşə örtüyü qalın və zəngindir (165, 8).[1][2]
1840 cı ildə Şuşa qəzası nın nahiyəsi olmuşdur.
1867-ci il dekabr tarixli fərmana əsasən, Zəngəzur və Cavanşir sahələri Şuşa qəzasından ayrılıb müstəqil qəzalara çevrildilər. 1867-ci il dekabr tarixli fərmana əsasən, Qafan nahiyəsi Zəngəzur qəzasının 3-cü sahəsi (uçastok) nın nahiyəsi olmuşdur.
Zəngəzur qəzasının Qafan nahiyəsinin ərazisi hesabına isə 1930-cu il sentyabrın 9-da Ermənistan SSRnin tərkibində sahəsi olan Qafan rayonu təsis edilmişdir[3]