Qufran məscidi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qufran məscidi
Din
Statusu Cümə məscidi
Yerləşməsi
Ölkə  Başqırdıstan
Şəhər Ufa
Memarlıq
İnşa tarixi 1994
Qufran məscidi xəritədə
Qufran məscidi
Qufran məscidi
Saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qufran məscidi (başq. «Ғофран» мәсете) — Başqırdıstanın Ufa şəhərinə daxil olan Leninski rayonuda qapalı qəbrstanlıq ərazisində yerləşən cümə məscidi.

Tarixi

Kafedral məscid (1909–1960)

Ağidel çayı sahilində XIXəsrdə meydana gəlmiş qəbrstanlıq. Qəbrstanlıq haqqında ilk məlumat 1897-ci ilə aiddir. Onun ərazisi 1904-cü ildə genişləndirilmişdir. 1909-cu ildə burada bir kənd məscidi inşa edilmişdir. Sonradan bu məscid Cümə Kafedral məscidi adlandırılır. 1960-cı ildə burada güçlü yanğın olur. Nəticədə tamamən dağıdılır.

1994-cü ildə əvvəlki məscidin yerində yeni məscid inşa edilir. Onu «Qufran» adlandırırlar. Bu isə ərəbcədən tərcümədə «bağışlanmadır». Onun tikintisi xeyriyyə cəmiyyətlərinin topladsığı vəsaitlərin hesabına inşa edilir. Məscidin memarı İldar Sabitov olmuşdur. Onun ilk imam-xatibi Qali-həzrət Həsənov olmuşdur.

«Qufran» — hazırda sadə bir qəbrstanlıq məsvididir. Burada dəfn mərasimləri təşkil edilir. İslam bayramları zamanı məscidə çoxlu sayda müsəlman toplaşır. Hər bazar günü burada uşaqlara quran, dinin əsasları tədris olunur. Çümə duaları sinxron olaraq həm tatar həm də rus dillərinə tərcümə olunur[1]. Peyğəmbər Hz MƏhəmmədin mövlud günü münasibətilə məsciddə uçaqlar arasında Quranın gözəl tərzdə oxuması müsabiqəsi keçirilir. Qonaqlara plov və çay təklif edilir.[2].

2008-ci ildən məscidin imamı Nuh-həzrət Həsən olmuşdur.

Gələcəkdə minarə, mədrəsə və halal məhsulların satıldığı mağazanın inşası planlaşdırılır.

İstinadlar

  1. "Уфа. В мечети «Гуфран» введена практика синхронного перевода пятничной проповеди (хутбы) с татарского языка на русский" (rus). REGNUM. 2002-04-03. 2012-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-13.
  2. "«Гуфран» готовится к Мавлиду" (rus). Рисәләт-Послание, религиозно-просветительская газета. 2012-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-13.

Mənbə