Zaynulla Rasulev məscidi və yaxud da Zeynulla-İşan məscidi (başq. Зәйнулла ишан исемендәге мәсет) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Uçalı şəhərinin "Tsarskoe selo" səmtində yerləşən məscid.
Zaynulla Rasulev məscidi | |
---|---|
başq. Зәйнулла ишан исемендәге мәсет | |
| |
Yerləşməsi | |
Ölkə | Başqırdıstan |
Şəhər | Uçalı |
Memarlıq | |
İnşa tarixi | 2009 – 2009 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məscid 2009-cu ildə tikilmişdir[1] O vaxta qədər Uçalı şəhərində bir məscid – Uçalı məscidi var idi. Uçalı şəhərinin əhalisinin əksəriyyəti başqırdlar olduğu üçün burada ikinci məscid də tikildi[2].
Adını daşıdığı Zaynulla Rasulev başqırdların XIX əsrdə və XX əsrin əvvəllərində yaşamış dini lideri olmuşdur. O, cədidiyənin ən əhəmiyyətli nümayəndələrindən biri və ilk Cədidi mədrəsəsinin qurucusudur. 1859-cu ildə nəqşibəndi olmuş, 1869–1870-ci illərdə İstanbulda şeyx Əhməd Ziyaüddindən təlimat almışdır.
Eyni adda məscid 2016-cı ildə Dağıstanın Mahaçqala şəhərində də açılmışdır.
Zeynulla-İşan məscidində üç minarə var. Əsas minarənin hündürlüyü 20 metr yüksəkliyindədir.