Rüstəmbəy kərtənkələsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Rüstəmbəy kərtənkələsi
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Darevskia rostombekowi[1]

Rüstəmbəy kərtənkələsi (lat. Darevskia rostombekowi) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Adı gürcüstanlı bioloq V.N.Rüstəmbəyovun şərəfinə adlandırılmışdır[2].

Uzunluğu 5,6 sm və quyruğu isə iki dəfə uzun olur. Başı sıxılmış formaya malikdir. Pulçuqları hamardır. Yuxarı hissəsi qəhvəyi-sarı və ya açıq-qəhvəyi rəngdə olur. Bel hissələrində qözə bənzər şəkil vardır. Bəzilərində isə şəkil güçlə seçilir. Başından boğazı istiqamətində yaşıl-sarı rəngdə zolaq olur. Başının yuxarı hissəsində tünd nöqtələri vardır.

Əsasən quru və çox quru olan qayalıqlarda, nadir dağ bitkilərinin yayıldığı ərazilərdə və 600–1700 m yüksəkliklərə aid olan dağ meşələrdə yayılmışdır. Həşaratlar və kiçik onurğasızlarla qidalanırlar.

Kərtənkələlər erkəklərə ehtiyac duymadan çoxalırlar. Bu növ Partenogenez olduğundan dişilər özləri çoxala bilirlər. 2-4 yumurta qoyurlar və yumurtaların ölçüləri 8×13 mm olur. Yumurta qoyma iyunun sonu və iyulun əvvəlində baş verir. 55 gündən sonra isə yumutadan 2,2-2,3 sm olan balalar çıxır.

Bu növ əsasən Qərbi Azərbaycan (İndiki Ermənistan şimal ərazilərində) və Azərbaycanın qərb ərazilərində yayılmışdır.

İstinadlar

  1. The Reptile Database (ing.). / P. Uetz 2015.
  2. Beolens, Watkins & Grayson, 2009 : The Eponym Dictionary of Reptiles. Johns Hopkins University Press, p. 227

Həmçinin bax