Rüstəmbəy kərtənkələsi (lat. Darevskia rostombekowi) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Adı gürcüstanlı bioloq V.N.Rüstəmbəyovun şərəfinə adlandırılmışdır[2].
Rüstəmbəy kərtənkələsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstəüstü: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Rüstəmbəy kərtənkələsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Uzunluğu 5,6 sm və quyruğu isə iki dəfə uzun olur. Başı sıxılmış formaya malikdir. Pulçuqları hamardır. Yuxarı hissəsi qəhvəyi-sarı və ya açıq-qəhvəyi rəngdə olur. Bel hissələrində qözə bənzər şəkil vardır. Bəzilərində isə şəkil güçlə seçilir. Başından boğazı istiqamətində yaşıl-sarı rəngdə zolaq olur. Başının yuxarı hissəsində tünd nöqtələri vardır.
Əsasən quru və çox quru olan qayalıqlarda, nadir dağ bitkilərinin yayıldığı ərazilərdə və 600–1700 m yüksəkliklərə aid olan dağ meşələrdə yayılmışdır. Həşaratlar və kiçik onurğasızlarla qidalanırlar.
Kərtənkələlər erkəklərə ehtiyac duymadan çoxalırlar. Bu növ Partenogenez olduğundan dişilər özləri çoxala bilirlər. 2-4 yumurta qoyurlar və yumurtaların ölçüləri 8×13 mm olur. Yumurta qoyma iyunun sonu və iyulun əvvəlində baş verir. 55 gündən sonra isə yumutadan 2,2-2,3 sm olan balalar çıxır.
Bu növ əsasən Qərbi Azərbaycan (İndiki Ermənistan şimal ərazilərində) və Azərbaycanın qərb ərazilərində yayılmışdır.