Ramazan Burcayev

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ramazan Burcayev
Burcayev Ramazan Hacı oğlu
bayraq
Şəki Apelyasiya Məhkəməsinin sədri
bayraq2
2007 – 2010
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Mazıx, Zaqatala rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (72 yaşında)

Burcayev Ramazan Hacı oğlu — Hərbi Məhkəmələrin İşləri Üzrə Məhkəmə Kollegiyasının sədri.

Həyatı

15 avqust 1940-cı ildə Zaqatala rayonunun Mazıx kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirib. 1971-1972-ci illərdə təyinatla Azərbaycan SSR-nin Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsində hakim-stajor.

O, uzun müddət Azərbaycanın məhkəmə-hüquq sistemində işləyib, 1972-1976-cı illərdə Balakən Rayon Xalq hakimi, 1976-1987-ci illərdə Ağdam Rayon Xalq Məhkəməsinin sədri, 1987-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 1995 – 1998-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, 2000 – 2007-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin müavini, Hərbi Məhkəmələrin İşləri Üzrə Məhkəmə Kollegiyasının sədri, 16.07.2007-2010-cu illərdə isə Şəki Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb.

R.Burcayev 2010-cu ilin sonunda təqaüdə çıxıb.

10 dekabr 2012-ci ildə vəfat edib[1].

Ailəli idi.

Həmçinin bax

İstinadlar

  1. "Ali Məhkəmə sədrinin sabiq müavini vəfat edib". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.