Rita Taketsuru

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Rita Taketsuru
Doğum tarixi 14 dekabr 1896(1896-12-14)
Doğum yeri
Vəfat tarixi 17 yanvar 1961(1961-01-17) (64 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qaraciyər sirrozu
Fəaliyyəti biznes ledi

Rita Taketsuru (竹鶴リタ?, 14 dekabr 1896, Kirkintillox17 yanvar 1961, Yoiçi[d]) və ya əsl adı ilə Cessi Roberta Kovanşotlandəsilli yaponiyalı iş qadını. O, "Yaponiya viskisinin anası" hesab olunur.[1]

İlk illəri

Cessi Roberta Kovan 1896-cı ildə Şotlandiyanın Kirkintillox şəhərində həkim ailəsində doğulmuşdur.[2] Onun İzabella və Luci adında iki bacısı, Kambell adlı bir qardaşı olmuşdur.[2] Cessinin nişanlısı Birinci dünya müharibəsi zamanı Dəməşqdə öldürülmüş, atası isə 1918-ci ildə ürək tutmasından ölmüşdür.[2] Buna görə müharibədən sonra ailə maddi problemlər yaşamağa başlamışdır.[2]

Yaponiya

1918-ci ildə onun ailəsinə qonaq olan və Şotlandiyaya viski sənayesini öyrənmək üçün gəlmiş yapon kimyaçı Masataka Taketsuru ilə tanış olmuşdur.[1] Onlar 8 yanvar 1920-ci ildə Qlazqo şəhərində evlənmişdirlər.[1] Cessi özünə Rita adını götürmüşdür.[1]

Evlilikdən 10 ay sonra onlar Yaponiyaya köçmüş[2] və viski sənayesi ilə məşğul olmağa qərar vermişdirlər.[1] O, ərinə "Nikka Whisky" şirkətini yaratmaqda və 1940-cı ildə Yaponiyada ilk viskisinin hazırlanmasında böyük dəstək göstərmişdir.[1] Yapon dilini öyrənmiş və yapon mədəniyyəti ilə maraqlanmışdır.[1]

Britaniyalı olduğu üçün İkinci dünya müharibəsi illərində Yaponiya hökuməti onu evində axtarış aparmış, evin damında antena olduğu üçün casusluq etməsindən şübhələnmişdirlər.[1] Yaşadığı çətinliklərə baxmayaraq, o, Yaponiyanı tərk etməmiş, müharibədən sonra şirkətin böyüməsinə kömək etmişdir.[1] 1961-ci ildə Hokkaydonun Yoiçi qəsəbəsində qaraciyər sirrozundan ölmüşdür.[1][2]

Xatirəsi

Hokkaydo prefekturasının Yoiçi qəsəbəsində yerləşən Rita yolu onun adını daşıyır.[1] Hər il Rita Taketsuru fan-klubunun üzvləri onun məzarını ziyarət edirlər.[2] 1998-ci ildə ona və ərinə həsr olunmuş muzey tikilmişdir.[2]

2015-ci ildə Yaponiyada yayımlanmış "Massan" serialı onun Masataka Taketsuru ilə olan sevgi həyatından təsirlənərək yaradılmışdır.[1] Serialda Ritaya əsaslanaraq yaradılmış Elli Kameyama personajını Şarlotta Keyt Foks canlandırmışdır.[1]

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "The Scottish mother of Japanese whisky". BBC News (ingiliscə). 11 yanvar 2015. 2022-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2022.
  2. 1 2 3 4 5 6 7 8 Greenaway, Heather. "Astonishing life of Scots woman who took whisky to Japan". Daily Record (ingiliscə). 13 may 2012. 20 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2022.