Rosa helenae

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Rosa helenae
Elmi təsnifat
Beynəlxalq elmi adı

Rosa helenae (lat. Rosa helenae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.

Təbii yayılması

Qafqazda və Avropada yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 1,5-2 m olan kollardır. Qopartikanları bir formada, iri, əyilmiş, bəzi hallarda düz, qaidə hissəsi çox enliləşmişdir, yarpaqları yumşaq tüklüdür, 5-7 ədəd yumurtavarı və ya ellipsşəkilli, az iylidir. Vəzicikli və yumşaq tüklə örtülü, mişardişli yarpaqcıqlardan ibarətdir. Yarpaqaltığı 8-12 mm uzunluğunda, 5-6 mm enində olub, qısa, nazik sivri qulaqcıqlara malikdir. Bunlar üstdən çılpaq və hamar, altdan kənarı boyu vəzili və sıx tüklərlə örtülüdür. İyun və iyul aylarında çiçək açır. Çiçəkləri tək və ya 2-3 olmaqla yerləşmişdir, uzunsaplaqlıdır. Kasayarpaqcıqları iri, 18 mm-ə qədər uzunluqda, tez töküləndir, üstdən bir qədər tüklü, alt tərəfi və kənarları seyrək vəziciklərlə örtülüdür. Ləçəkləri açıq çəhrayı rəngdə olub, kasayar-paqcıqlarından qısadır. Meyvəsi yumurtavarı və ya enli ovalşəkillidir, üzəri seyrək tüklər və vəziciklərlə örtülüdür.

Ekologiyası

İstyə, soyuğa, quraqlığa davamlıdır.Düzənlikdən subalp qurşağa qədər kolluqlarda, daşlı-çınqıllı yamaclarda bitir.

Azərbaycanda yayılması

Böyük Qafqaz (Quba sahəsi), Şərqi və Qərbi Böyük Qafqaz, Naxçıvan MR-da geniş yayılmışdır.

İstifadəsi

Dekorativ bitkidir. Tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.

İstinadlar

Həmçinin bax