Süvari müsəlman alayları

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Süvari müsəlman alayıCənubi Qafqaz Rusiya tərəfindən işğal olunduqdan sonra Rusiya-Türkiyə müharibəsində iştirak etmək üçün işğal edilmiş Cənubi Qafqazın müsəlman vilayətləri əhalisindən, o cümlədən azərbaycanlılardan ibarət atlı müsəlman alayları və Kəngərli süvari dəstələri formalaşdırıldı (1829).[1]

Haqqında

Naxçıvanİrəvan müsəlman azərbaycanlı əhalisi tərəfindən 4-cü atlı müsəlman alayı təşkil edildi. Qafqaz Hərbi Tarix Muzeyinin bələdçi kitabındakı məlumata görə osmanlılara qarşı müharibədə rus ordusu tərkibində döyüşən bu alaylara göstərdikləri hünərə görə 1830-cu ildə Rusiya imperatoru tərəfindən yeni fəxri bayraqlar təqdim edildi. Sonralar 1 və 2-ci alayların bayraqları BakıŞuşanın dövlət idarələrinə, 3-cü və 4-cü, eləcə də Kəngərlilərə məxsus bayraqlar isə Tiflis muzeyinə verildi. 1924-cü ildə atlı müsəlman alaylarının bayraqları Azərbaycan Dövlət Muzeyinə təqdim edildi. Hazırda həmin bayraqlar Azərbaycan Tarixi Muzeyinin fondunda saxlanılır. Naxçıvanınİrəvanın müsəlman azərbaycanlı əhalisindən təşkil edilmiş 4-cü atlı müsəlman alayının döyüş bayrağı digər döyüş bayraqlarından qumaşının mavi rəngdə olması və aşağıdakı lentdə fars dilində “4-cü alay” sözlərinin yazılması ilə fərqlənir.[1] 

Həmçinin bax

İstinadlar

  1. 1 2 Süvari müsəlman alayı// Naxçıvan Ensiklopediyası / V.Y. Talıbov. — Təkminləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — Naxçıvan, 2005. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 380. — Səh.: 282. — ISBN 5-8066-1468-9.

Xarici keçidlər