Süvari müsəlman alayları

Süvari müsəlman alayıCənubi Qafqaz Rusiya tərəfindən işğal olunduqdan sonra Rusiya-Türkiyə müharibəsində iştirak etmək üçün işğal edilmiş Cənubi Qafqazın müsəlman vilayətləri əhalisindən, o cümlədən azərbaycanlılardan ibarət atlı müsəlman alayları və Kəngərli süvari dəstələri formalaşdırıldı (1829).[1]

Naxçıvanİrəvan müsəlman azərbaycanlı əhalisi tərəfindən 4-cü atlı müsəlman alayı təşkil edildi. Qafqaz Hərbi Tarix Muzeyinin bələdçi kitabındakı məlumata görə osmanlılara qarşı müharibədə rus ordusu tərkibində döyüşən bu alaylara göstərdikləri hünərə görə 1830-cu ildə Rusiya imperatoru tərəfindən yeni fəxri bayraqlar təqdim edildi. Sonralar 1 və 2-ci alayların bayraqları BakıŞuşanın dövlət idarələrinə, 3-cü və 4-cü, eləcə də Kəngərlilərə məxsus bayraqlar isə Tiflis muzeyinə verildi. 1924-cü ildə atlı müsəlman alaylarının bayraqları Azərbaycan Dövlət Muzeyinə təqdim edildi. Hazırda həmin bayraqlar Azərbaycan Tarixi Muzeyinin fondunda saxlanılır. Naxçıvanın və İrəvanın müsəlman azərbaycanlı əhalisindən təşkil edilmiş 4-cü atlı müsəlman alayının döyüş bayrağı digər döyüş bayraqlarından qumaşının mavi rəngdə olması və aşağıdakı lentdə fars dilində “4-cü alay” sözlərinin yazılması ilə fərqlənir.[1] 

  1. 1 2 Süvari müsəlman alayı// Naxçıvan Ensiklopediyası / V.Y. Talıbov. — Təkminləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — Naxçıvan, 2005. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 380. — Səh.: 282. — ISBN 5-8066-1468-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]