Səbinə Kərimova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Səbinə Kərimova
Səbinə Kərimova 2014-cü ildə
Səbinə Kərimova 2014-cü ildə
Şəxsi məlumatlar
Tam adı Səbinə Kərimova
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 24 oktyabr 1987(1987-10-24) (36 yaş)
Doğum yeri
Boyu 168 sm. (5 ft 2 in)
İdman növü Qılıncoynatma

Səbinə Kərimova (qızlıq soyadı: Mikina; 24 oktyabr 1987, Bakı) — Azərbaycanı təmsil edən qılıncoynadan.[1]

Həyatı

Səbinə Kərimova 1987-ci il oktyabrın 24-də anadan olub.[2] 2005-ci ildən idmanla məşğul olur. Ailəlidir. Bir oğlu var.

Karyerası

Səbinə Mikina birinci uğurlarına FIE Qran-Pri turnirinin Azərbaycan mərhələlərində imza atdı. 2009-cu ildə turnirin qalibi olan Səbinə Mikina 2010-cu ildə turniri gümüş medalla başa vurdu.

Səbinə Mikina Azərbaycanı 2012-ci ilin avqustunda Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi.[1] Avqustun 1-də qadınların sablya turnirində çıxış edən Səbinə Mikina olimpiadanın 1/16 final mərhələsində Almaniya nümayəndəsi Alexandra Bujdoso ilə üz-üzə gəldi.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Səbinə Mikina rəqibi üzərində 15:14 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.[3] Bu mərhələdə onun rəqibi Dünya və Avropa Çempionatlarının qalibi, son olimpiya çempionu Ukrayna nümayəndəsi Olqa Xarlan oldu.[3] Həmin görüşdə Səbinə Mikina təcrübəli və titullu rəqibinə 10:15 hesabı ilə məğlub oldu və olimpiadanı doqquzuncu pillədə başa vurdu.[3]

Daha sonra Səbinə Mikina 2014-cü ildə Bursa şəhərində Qran-Prinin gümüş, 2015-ci ildə İstanbul şəhərində baş tutan Qran-Prinin qızıl, Boston şəhərində baş tutan Qran-Prinin isə bürünc medallarına sahib olub.

Səbinə Mikina 2015-ci ilin 12–28 iyununda baş tutan I Avropa Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də qalib gələn Səbinə Mikina "E" qrupunu birinci sırada başa vurdu. Pley-off mərhələsində isə Səbinə Mikina 1/8 final mərhələsində Rusiya nümayəndəsi Yana Obivintsevaya 14:15 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.

Səbinə Mikina 2016-cı ilin aprelində Çexiyanın Praqa şəhərində baş tutan FIE Qran-Pri turnirinin qalibi oldu və olimpiya lisenziyasına sahib oldu.

Daha sonra Səbinə Mikina Azərbaycanı 2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi.[1] Avqustun 8-də qadınların sablya turnirində çıxış edən Səbinə Mikina 1/16 final mərhələsində Tunis nümayəndəsi Azza Besbes ilə üz-üzə gəldi.[4] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Səbinə Mikina rəqibi üzərində 12:15 hesabı ilə hesabı ilə məğlub oldu və olimpiadanı 17-ci pillədə başa vurdu.[4]

Olimpiadadan sonra evlənən, 2018-ci ildə isə ana olan Səbinə Kərimova bir müddət idmandan uzaqlaşdıqdan sonra idman formasını bərpa elədi. 2018-ci ildə Səbinə Kərimova Antalya şəhərində FIE Qran-Prisinin bürünc medalına sahib oldu.

Səbinə Kərimova 2021-ci ilin sentyabrında Bolqarıstanın Plovdiv şəhərində baş tutan FIE Qran-Pri turnirinin bürünc medalına sahib oldu. 2022-ci ilin avqustunda isə o, Konya şəhərində baş tutan V İslam Həmrəyliyi Oyunlarında mübarizə apardı. Komanda turnirində qızıl medalına sahib olan Səbinə Kərimova fərdi turniri bürünc medalla başa vurdu.

İstinadlar

  1. 1 2 3 Olympedia.org. "Səbinə MİKİNA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. International Fencing Federation. "SABINA KARIMOVA". www.fie.org (ing.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.
  3. 1 2 3 4 Olympedia.org. "2012 Summer Olympics / Fencing / Sabre / Individual / Women". www.olympedia.org (ingilis). 2022-08-30. İstifadə tarixi: 30.08.2022.[ölü keçid]
  4. 1 2 Olympedia.org. "2016 Summer Olympics / Fencing / Sabre / Individual / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.