Səbuhi Abdullazadə

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Səbuhi Abdullazadə
Səbuhi Mübariz oğlu Abdullazadə
Ümumi məlumatlar
Tam adı Səbuhi Mübariz oğlu Abdullazadə
Doğum tarixi (22 yaş)
Doğum yeri Sumqayıt, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Boyu 175
Çəkisi 65 kq
Mövqeyi Yarımmüdafiəçi
Əsas ayağı sağ
Klub haqqında məlumat
Klub Azərbaycan Sumqayıt
Nömrəsi 28
Karyerası
Gənclik karyerası
2012–2017 Azərbaycan Sumqayıt
Klub karyerası[* 1]
2017—h.h Azərbaycan Sumqayıt 14 (0)
Milli yığma[* 2]
2017—2018 Azərbaycan Azərbaycan U-17 2 (0)
2019—h.h Azərbaycan Azərbaycan U-21 3 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 24.06.2020 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 24.06.2020 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səbuhi Mübariz oğlu Abdullazadə (18 dekabr 2001-ci ildə Sumqayıt şəhərində anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur.

Klub karyerası

Sumqayıt FK

Səbuhi Abdullazadə futbol oynamağa 2007-ci ildə, 5 yaşında, Sumqayıtın "Təhsil" İEOUGIM-də başlayıb. İlk məşqçisi Ağamusa Bağırov olub. Sumqayıt FK akademiyasının yetirməsidir. Akademiyanın 11, 13, 15 və 17 yaşa qədər yaş qruplarında çıxış edib.

2018-ci ilin iyun ayında əvəzedicilərin ("Sumqayıt-2") heyətində çıxış etməyə başlayıb və 2018/19 illər mövsümün yekunlarına əsasən, ölkə çempionatının bürünc medallarını qazanıb.

2 dekabr 2017-ci il tarixinndə, 15 yaşında olarkən, XIV turun oyunları çərçivəsində "Kəpəz"lə keçirilmiş qarşılaşmanın 83-cü dəqiqəsində meydana daxil olan Abdullazadə, Premyer Liqada debüt edərək[1], 2017/2018-ci il mövsümündə əsas heyətdə çıxış etmiş ən gənc futbolçu olaraq Azərbaycan futbolunun tarixinə düşüb.

2019-cu ilin iyul ayında Sumqayıt təmsilçisi Abdullazadə ilə 3 illik müqavilə imzalayıb.[2]

Qarabağ FK

2017-ci ilin dekabr ayında, icarə əsasında "Qarabağ"ın U-19 komandasına keçib və bu komandanın heyətində 15 oyun keçirərək, ölkə çempionatının gümüş medallarını qazanıb. 2018-ci ilin iyun ayında komandadan ayrılaraq, yenidən Sumqayıta qayıdıb.

Türkiyə və Xorvatiya

Gənc yaşlarında olmasına baxmayaraq, Türkiyənin "Trabzonspor"[3] və Xorvatiya klublarında baxışda olub.[4]

Karyera statistikası

Klub

26 iyun 2020 tarixində yenilənib[5]
Klub Mövsüm Liqa Ölkə Kuboku Kontinental1 Digər2 Ümumi
Diviziya Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Sumqayıt FK 2017–h.h Premyer Liqa 14 0 1 0 0 0 0 0 15 0
Ümumi karyera 14 0 1 0 0 0 0 0 15 0

1UEFA Çempionlar Liqası görüşləri daxildir.

2Azərbaycan Superkuboku görüşləri daxildir.

Azərbaycan Kuboku

29 noyabr 2017-ci il tarixində ölkə kubokunda debüt oyununu keçirib. 2017/18-ci illər mövsümünün ilk mərhələsində keçirilmiş "Sumqayıt" 3:0 "Sabah" qarşılaşmasında 90 dəqiqə meydanda olub.[6]

Milli komanda

Azərbaycan milli komandaları
Milli Oyun Qol
U-17 2 0
U-19 3 0
Ümumi 5 0

U-17

10 oktyabr 2017-ci ildə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş İrlandiya yığması ilə qarşılaşmada, 17 yaşadək futbolçulardan ibarət milli futbol komandamızın heyətində debüt edib. 90 dəqiqə meydanda olub.[7]

U-21

10 oktyabr 2019-cu ildə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Fransa yığması ilə qarşılaşmada, 21 yaşadək futbolçulardan ibarət milli futbol komandamızın heyətində debüt edib. Oyunun 77-ci dəqiqəsində meydana çıxıb.[8]

Uğurları

  • 2017/18-ci illər mövsümü - "Qarabağ" FK, U-19 - gümüş medal;
  • 2018/19-cu illər mövsümü - "Sumqayıt" FK, Birinci Divizion - bürünc medal;
  • 2018/19-cu illər mövsümü - "Sumqayıt" FK, Azərbaycan Kubokunun finalçısı;

İstinadlar

Xarici keçidlər