Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi
Əsası qoyulub 2000
Telefon (+994 36) 549-21-13

Sədərək Rayon Tarix-Diyarşünaslıq MuzeyiNaxçıvan Muxtar Respublikasının Sədərək rayonunda fə­a­liy­yət gös­tə­rən ta­rix-di­yar­şü­nas­lıq mu­zeyi.­

Muzeyin tarixi

Muzey 1978-ci il fevral ayının 23-də Ölkəşünaslıq muzeyi olaraq yaradılmış, 2000-ci il 26 iyun tarixdən isə Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətini davam etdirmişdir. 2010-cu ildə Heydərabad qəsəbəsində bu mədəniyyət müəssisəsi üçün yeni bina ucaldılıb.[1] İkimərtəbəli muzey binası 2 ekspozisiya zalı, fond və iş otaqlarından ibarətdir. 2002-ci il­də mu­ze­yin 4 böl­mə­si, 613 ekspo­na­tı olub.[2]

Muzeyin eksponatları

Muzey arxeologiya, etnoqrafiya, tətbiqi sənət, xalçaçılıq, qədim silahlar, kənd təsərrüfatı alətləri, numizmatika, florafauna bölmələrindən ibarətdir. Muzeyin fonduna 2500-ə yaxın eksponat daxildir.[1] Onlardan 1464-ü ekspozisiyada nümayiş etdirilir. Muzeydə numizmatika məmulatları, saxsı qablar və gildən hazırlanmış məişət və təsərrüfat alətləri, qədim toxuculuq alətləri, xalçalar və digər dəyərli eksponatlar nümayiş olunur.[2]

İstinadlar

  1. 1 2 "Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi". nmn.az. 2020-10-30 tarixində orijinalından arxivləşdirilib.
  2. 1 2 "Sədərəyin qədim tarixinin güzgüsü - Tarix-Diyarşünaslıq Muzeyi". azertag.az. 7 yanvar 2019. Archived from the original on 2020-12-01.