Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyi.[1]
Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 2000 |
Muzey 1978-ci il fevral ayının 23-də Ölkəşünaslıq muzeyi olaraq yaradılmış, 2000-ci il 26 iyun tarixdən isə Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətini davam etdirmişdir. 2010-cu ildə Heydərabad qəsəbəsində bu mədəniyyət müəssisəsi üçün yeni bina ucaldılıb.[2] İkimərtəbəli muzey binası 2 ekspozisiya zalı, fond və iş otaqlarından ibarətdir. 2002-ci ildə muzeyin 4 bölməsi, 613 eksponatı olub.[3]
Muzey arxeologiya, etnoqrafiya, tətbiqi sənət, xalçaçılıq, qədim silahlar, kənd təsərrüfatı alətləri, numizmatika, flora və fauna bölmələrindən ibarətdir. Muzeyin fonduna 2500-ə yaxın eksponat daxildir.[2] Onlardan 1464-ü ekspozisiyada nümayiş etdirilir. Muzeydə numizmatika məmulatları, saxsı qablar və gildən hazırlanmış məişət və təsərrüfat alətləri, qədim toxuculuq alətləri, xalçalar və digər dəyərli eksponatlar nümayiş olunur.[3]