Səhra balakəkliyi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Səhra balakəkliyi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Dəstəüstü:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
???:
Səhra balakəkliyi
Beynəlxalq elmi adı

Səhra balakəkliyi (lat. Ammoperdix griseogularis) — Qırqovullar fəsiləsinə aid quş növü.

Statusu

Nadirdir.

Kateqoriyası

(EN). Təhlükə altındadır.

Genefond əhəmiyyəti

Regionda cinsin tək növüdür.

Qısa təsviri

Kəklikdən kiçikdir (200 q). Gözlərindən boynuna uzanan ağ zolağın üstündən qara "qaş" uzanır. Bədəninin yanlarında bel tərəfdən aşağıya və önə doğru qəhvəyi-qara zolaqlar çəpinə uzanır. Toyuğunda bu zolaqlar aydın deyil. Səsi zəif–"ti-pi, ti-pi", bəzən isə bərk çıxır-"kvak-kvak-kvak"[3].

Yayılması

Ön Asiyada və Cənubi Qafqazda yayılıb. Azərbaycan Respublikasının ərazisi (Naxçıvan MR) bu növün arealının qərb kənarını təşkil edir. Hələlik, əsasən, İlandağ massivində və Gilyançay vadisində olur. Oturaq quşdur[4].

Yaşayış yeri və həyat tərzi

Səhra landşaftlı alçaq dağlıqda məskunlaşıb. Bitki örtüyü zəif olan, quraq iqlimli seyrək qayaların çınqıllı yamaclarında qayanın çıxıntısı altında (yerdə) sadə yuva düzəldir. Azərbaycanda biologiyası zəif öyrənilib[5]. Çoxlu qayalar olan yamacı xoşlamır. Suya yaxın olan sahələrdə məskunlaşır. Monoqamdır. May-iyun aylarında 8–12 yumurta verir. Sərçə boyda cücələrinə iyulda və avqustda rast gəlinir. Ona görə ki, reproduksiya dövrü uzun çəkir. Təhlükə olanda uçmağı yox, gizlənməyi xoşlayır[6]. Əsas yemi səhra bitkilərinin vegetativ hissəsindən və toxumundan ibarətdir. Həşərat da yeyir.

Sayı

Populyasiyanın sıxlığı aşağıdır. Xoşladığı biotop az olduğu üçün ümumi sayı azdır. İyun ayında 6 km2 sahədə 5 quş qeyd edilib[7].

Məhdudlaşdırıcı amillər

Qanunsuz ovlanma halları, ev heyvanları və çobanlar tərəfindən yuvasının dağıdılması, növün yeni yaşayış yerində yaşamaq çətinlikləri, tülkünün və ilanların çox olması.

Əhali üçün əhəmiyyəti

Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Ovlanması qadağandır, Naxçıvan MR-in "Qırmızı Kitab"ına daxil edilib, yasaqlıqlarda nəzarət altında saxlanılır[8].

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Nəsil verdiyi lokal yerlərin təbiət abidəsi elan edilməsi, ekoloji maarifçiliyin gücləndirilməsi, İlandağ sahəsinə yasaqlıq statusunun verilməsi.

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. Mustafayev Q. T., Sadıqova N. A. Azərbaycanın quşları. Bakı, "Çaşıoğlu", 2005, s. 157–158;
  4. Mustafayev Q. T., Sadıqova N. A. Azərbaycanın quşları. Bakı, "Çaşıoğ-lu", 2005, s. 157–158;
  5. Mustafayev Q. T., Sadıqova N. A. Azərbaycanın quşları. Bakı, "Çaşıoğlu", 2005, s. 157–158;
  6. Дементьев Г.П., Гладков Н.А. (ред.) Птицы Советского Союза. М.Л., "Советская наука", 1952, том IV, с. 149–153.
  7. Talıbov T. H. Səhra balakəkliyi–Ammoperdix griseqularis Br. Naxçıvan Muxtar Respublikasının "Qırmızı Kitab"ı, 1-ci cild. Naxçıvan, "Əcəmi", 2006, s. 109–110;
  8. Talıbov T. H. Səhra balakəkliyi–Ammoperdix griseqularis Br. Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı, 1-ci cild. Naxçıvan, "Əcəmi", 2006, s. 109–110;

Ədəbiyyat

  1. Mustafayev Q. T., Babayev İ. R. Quşların qorunması (monoqrafiya). Bakı, "Elm", 2012, 255 s.

Xarici keçidlər