Qırqovullar

Qırqovullar (lat. Phasianidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinə aid heyvan fəsiləsi.

Qırqovullar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Dəstəüstü:
Fəsiləüstü:
Fəsilə:
Qırqovullar
Beynəlxalq elmi adı

Fəsiləyə aid növlər geniş yayılmışdır. Bir neçə daha kiçik müstəqil yarımfəsilələrə bölünür.

Buna qohum olan tetrakimilər fəsiləsindən fərqli olaraq, qırqovulkimilərin pəncə lüləsi çılpaqdır. Dimdiyi möhkəm olub üst hissəsi aşağıya doğru bir az əyri, qanadı qısa və enlidir. Erkəkləri iri, ayağında mahmız və çoxunun rəngi əlvan olur. Fəsiləyə 50-dən artıq cins və 180-ə yaxın növ aiddir. Avropa, Asiya, Amerika (soyuq qurşaqlar müstəsna olmaqla) və Afrikada vardır. Azərbaycanda 7 növü — bildirçin, xınalı kəklik, turac, Qafqaz uları, Xəzər uları (fır kəklik), boz kəklik (çil) və qırqovul yayılmışdır. Tarla, çöl və çəmənlərdə, meşə, göl ətrafı və qamışlıqlarda, dağlarda, qayalıqlarda yaşayır. 6-20 yumurta qoyur. Giləmeyvə, toxum, bitki, cücülər və onurğasız heyvanlarla qidalanır. Kənd təsərrüfatına xeyir verir. Qiymətli ov quşlarıdır. Bəzi növləri ev quşlarının əcdadları hesab olunur. Tovuz quşu əhliləşdirilmiş, qırqovul ovçuluq təsərrüfatlarında saxlanılır.