Səlim Müslümov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Səlim Müslümov
22 oktyabr 2013 – 21 aprel 2018
ƏvvəlkiFüzuli Ələkbərov
SonrakıSahil Babayev
17 dekabr 2002 – 22 oktyabr 2013
Şəxsi məlumatlar
Doğum tarixi 1 noyabr 1961(1961-11-01) (62 yaş)
Doğum yeri
Təhsili Azərbaycan Dövlət İqtisad Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti
Fəaliyyəti siyasətçi
Rütbəsi
Gömrük xidməti general-mayoru
Elmi fəaliyyəti
Elmi dərəcəsi İqtisad elmləri doktoru, professor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səlim Müslümov (1 noyabr 1961, Pirhəsənli, Ağsu rayonu) — Azərbaycan siyasətçisi. O, 2013–2018-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri kimi xidmət etmişdir. Müslümov 2021-ci ilin fevralında barəsində olan korrupsiya faktlarına görə həbs edilmişdir.[1]

Həyatı

Müslümov Səlim Yanvar oğlu 1961-ci il noyabrın 1-də Ağsunun Pirhəsənli kəndində anadan olmuşdur. 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1983–1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirmiş və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışmışdır.1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olmuşdur. 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışmışdır. 2000-ci ilin martında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədr müavini təyin edilmişdir. 2002-ci ilin 17 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədri vəzifəsinə təyin edilmişdir.

2004-cü il sentyabrın 18-də Beynəlxalq Sosial Təminat Assosiasiyasının Pekində keçirilən 28-ci Baş Assambleyası zamanı bu qurumun Büro üzvü seçilmişdir. 2006-cı ilin fevral ayında Rusiyanın Kazan şəhərində "Pensiya sığorta sistemində mühasibat uçotu, təhlil və audit islahatları" doktorluq dissertasiyası müdafiə edərək İqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır[2][3].

S. Y. Müslümov iqtisadi sahədə bir neçə qanunvericilik aktının hazırlanmasında yaxından iştirak etmişdir. O, 4 kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir.

Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2002-ci il tarixli 643 nömrəli Fərmanı ilə ona gömrük xidməti general-mayoru ali xüsusi rütbə verilmişdir[4].

22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyin edilib.[5]

Şəxsi həyatı

Rus və ingilis dillərində sərbəst danışır. Evlidir, 3 övladı var.

Müslümov 2021-ci ilin fevralında barəsində olan korrupsiya faktlarına görə həbs edilmişdir.[1]

Mənbə

İstinadlar

  1. 1 2 "Arxivlənmiş surət". Oxu.az (az.). 3 fevral 2021. 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2021.
  2. Səlim Müslümov elmlər doktoru adına necə sahib olub? [ölü keçid]
  3. Муслимов, Cалим Январ оглы. [ölü keçid]
  4. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12.
  5. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2014-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-22.