Füzuli Ələkbərov

Füzuli Ələkbərov (1958, Saltaq, Culfa rayonu) — Azərbaycan Respublikasının keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri.

Füzuli Ələkbərov
7 fevral 2006 – 22 oktyabr 2013
ƏvvəlkiƏli Nağıyev
SonrakıSəlim Müslümov
Şəxsi məlumatlar
Doğum tarixi 1958
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Füzuli Ələkbərov 3 fevral 1958-ci ildə Naxçıvan MR-in Culfa rayonunun Saltaq kəndində anadan olub.

1980-ci ildə Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsini, 1990-cı ildə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Sənayenin planlaşdırılması fakültəsini bitirib.

Əmək fəaliyyətinə 15 avqust 1980-ci ildə Şəki rayonunun Qoxmuq kənd orta məktəbində müəllim kimi başlayıb.

Rus, türk və ingilis dillərində sərbəst danışır. Ailəlidir, dörd övladı var. İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizami Ələkbərovun qardaşıdır.[1]

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Füzuli Ələkbərov Şəki şəhər komsomol komitəsinin katibi, Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı, 1987–1991-ci illərdə "Sputnik" Beynəlxalq Gənclər Turizm Bürosunda sədr vəzifələrində çalışıb.

1992–2006-cı illərdə "İmproteks" Şirkətlər Qrupunun prezidenti olub. 2003–2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının üzvü olub. 1996-cı ildən Azərbaycan Respublikası Cüdo Federasiyasının prezidentidir. 1993-cü ildən YAP-nın üzvüdür.

Azərbaycan Respublikasının Prezidentinin 7 fevral 2006-cı il tarixli 1277 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib.[2]

  1. "Azərbaycandakı vəzifəli şəxslərin vəzifəli qohumları - SİYAHI". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.
  2. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2014-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-22.