Sərxan Əliyev (boksçu)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sərxan Əliyev
Şəxsi məlumatlar
Tam adı Sərxan Nəriman oğlu Əliyev
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (25 yaş)
Doğum yeri Naxçıvan, Azərbaycan
İdman növü Boks
Məşqçisi Nəriman Əliyev

Sərxan Əliyev (29 iyul 1998[1], Naxçıvan) — Azərbaycanı təmsil edən boksçu. 2021-ci il Dünya Çempionatının bürünc medalçısı.

Həyatı

Sərxan Nəriman oğlu Əliyev 1998-ci il avqustun 27-də Naxçıvan şəhərində anadan olub. Şəxsi məqşçisi Nəriman Əliyevdir. Tayfur Əliyevin qardaşıdır.

Karyerası

Sərxan Əliyev 2021-ci ildə Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Turnirin 1/16 final mərhələsində Şotlandiya nümayəndəsi Stefen Nevnsa (5:0), 1/8 final mərhələsində Yaponiya təmsilçisi Yuta Ahiyamaya (5:0), 1/4 final mərhələsində isə ABŞ nümayəndəsi Obed Barte-Ela (4:1) qalib gələn Sərxan Əliyev, yarım-final mərhələsində Ukrayna təmsilçisi Yuri Zaxareyeva məğlub oldu (0:5) və Dünya Çempionatının bürünc medalına sahib oldu.[2]

Uğurları

Sıra
İl
Yarış
Şəhər
Nəticə
1
2021
Dünya Çempionatı Serbiya Serbiya
3.

İstinadlar

  1. Sarkhan Aliyev at l'Equipe // https://www.lequipe.fr/Boxe/AussiFicheAthlete194369.html.
  2. Amateur-boxing.strefa.pl idman portalı. "2021 World Championships — Results" (PDF). www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.