Tayfur Əliyev (1 yanvar 1997[1], Naxçıvan) — Azərbaycanı təmsil edən boksçu.[2]
Tayfur Əliyev | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||
Şəxsi məlumatlar | |||||||||||
Tam adı | Tayfur Nəriman oğlu Əliyev | ||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||
Doğum tarixi | |||||||||||
Doğum yeri | Naxçıvan, Azərbaycan | ||||||||||
Boyu | 171 sm. (5 ft 6 in) | ||||||||||
İdman növü | Boks | ||||||||||
Məşqçisi | Məmmədəli Eyvazov | ||||||||||
Medallar
|
|||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Tayfur Əliyev 2015-ci ilin iyununda Azərbaycanda baş tutan Birinci Avropa Oyunlarında mübarizə apardı.[3] Bu onun nüfuzlu beynəlxalq turnirlərdə debütü idi. Təsnifat mərhələsindən azad olan Tayfur Əliyev turnirin 1/8 final mərhələsində Rumıniya nümayəndəsi Nicolae Andreyana ilə üz-üzə gəldi.[3] Həmin görüşdə Tayfur Əliyev rəqibi üzərində qələbə qazandı (3:0).[3] Bununla da Tayfur Əliyev turnirin 1/4 final mərhələsinə adladı.[3] Bu mərhələdə onun rəqibi Danimarka nümayəndəsi Frederix Yensen oldu.[3] İyunun 22-də baş tutan görüşdə Tayfur Əliyev rəqibinə qalib gəldi (2:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı.[3] Finala gedən yolda isə onun rəqibi Rusiya nümayəndəsi Bəxtiyar Nəzirov oldu.[3] İyunun 24-də gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Tayfur Əliyev rəqibinə məğlub (1:2).[3] Bununla da Tayfur Əliyev Birinci Avropa Oyunlarını bürünc medalla başa vurdu.[3]
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Tayfur Nəriman oğlu Əliyev "Tərəqqi" medalı ilə təltif edildi.[4]
2015-ci ilin əsas turniri Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatı oldu.[5] Tayfur Əliyev turnirin 1/8 final mərhələsində Monqolustan nümayəndəsi Enxjargalin İderxüüya 3:0 hesabı ilə qalib gəlsə də, 1/4 final mərhələsində İrlandiya nümayəndəsi Mixael Konlana 0:3 hesabı ilə məğlub oldu və debüt Dünya Çempionatını beşinci pillədə başa vurdu.[5] Dünya Çempionatında olimpiya lisenziyasına sahib olmağı bacarmayan Tayfur Əliyev 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasında mübarizə aparmadı.
2017-ci il isə Tayfur Əliyev üçün uğursuz oldu. Mayda Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarının bürünc medallına sahib olsa da o, iyunda baş tutan Avropa Çempionatında birinci görüşdəcə rəqibinə məğlub olaraq turnirdə mübarizəsini dayandırdı.[6] Avropa Çempionatında uğursuz nəticəsinə əsasən Tayfur Əliyev həmin il Almaniyada baş tutan Dünya Çempionatında da mübarizə apara bilmədi.
2018-ci ildə Dünya və Avropa Çempionatları baş tutmadı. 2 ildən sonra Tayfur Əliyevin birinci beynəlxalq turniri iyunda Belarusda baş tutan II Avropa Oyunları oldu.[7] Turnirin birinci görüşündə Tayfur Əliyev qələbə qazansa da, nöbbəti görüşdə rəqibinə məğlub oldu və turnirdə mübarizəsini uğursuz başa vurdu.[8] Həmin ilin əsas turniri sentyabrda Rusiyada baş tutan Dünya Çempionatı oldu.[7] Tayfur Əliyev turnirin təsnifat mərhələsində İsveçrə nümayəndəsi Tiaqo Puqno (5:0), 1/16 final mərhələsində isə Türkmənistan nümayəndəsi Yazmurad Qurbanov (5:0) üzərində qələbə qazansa da, 1/8 final mərhələsində İngiltərə nümayəndəsi Peter McGraila məğlub oldu (0:5) və Dünya Çempionatında mübarizəsini başa vurdu.[7]
2020-ci ilin martında isə Tayfur Əliyev London şəhərində (Birləşmiş Krallıq) baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı.[9] Dünyanı cənginə alan COVID-19 pandemiyası səbəbilə turnir nəticələri saxlanılmaqla 2021-ci ilin aprelinə Paris şəhərinə (Fransa) təxirə salındı.[9] Nəticədə Tayfur Əliyev turniri beşinci pillədə başa vuraraq olimpiya lisenziyasına sahib oldu və 2021-ci ilin avqustunda Azərbaycanı XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi.[9][10] Tayfur Əliyev olimpiadanın 1/16 final mərhələsində Vyetnam nümayəndəsi Nguyen Van Duong ilə üz-üzə gəldi.[11] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Tayfur Əliyev rəqibinə 2:3 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.[11]
Olimpiadadan sonra Tayfur Əliyev sentyabrda Rusiyada hərbçilər arasında Dünya Çempionatının bürünc medalına sahib oldu. Həmin ilin noyabrında isə Serbiyanın Belqrad şəhərində Dünya Çempionatı baş tutdu.[12] Tayfur Əliyev turnirin təsnifat mərhələsində Haiti nümayəndəsi Çarls Petit-Homma (5:0), 1/16 final mərhələsində İtaliya nümayəndəsi Simon Spada (5:0) üzərində qələbə qazansa da, 1/8 final mərhələsində Finlandiya nümayəndəsi Arslan Xatayeva məğlub oldu (1:4) və Dünya Çempionatında mübarizəsini başa vurdu.[12]
2022-ci ildə Avropa Çempionatının Ermənistanda baş tutmasına görə Azərbaycan idmançıları bu turnirdə mübarizə aparmadı.[13] 2 ildən sonra Tayfur Əliyevin birinci beynəlxalq turniri 2023-cü ilin mayında Özbəkistanda baş tutan Dünya Çempionatı oldu.[14] Turnirin 1/16 final mərhələsində Tayfur Əliyev Qırğızıstan nümayəndəsi Mirzohid İmamnəzərov üzərində qələbə qazansa da (5:2), növbəti mərhələdə Rusiya nümayəndəsi Vsevolod Şumhova məğlub oldu (0:5) və qatıldığı dördüncü Dünya Çempionatını da medalsız başa vurdu.[14]
Tayfur Əliyevin qardaşı Sərxan Əliyev də idmançıdır və 2023-cü il Dünya Çempionatının bürünc medalçısıdır.
Avropa Oyunları | Azərbaycan | |||
Dünya Çempionatı | Qətər | |||
Avropa Çempionatı | Ukrayna | |||
Avropa Oyunları | Belarus | |||
Dünya Çempionatı | Rusiya | |||
Avropa Olimpiya Təsnifat Turniri | Fransa | |||
Olimpiya Oyunları | Yaponiya | |||
Dünya Çempionatı | Serbiya | |||
Dünya Çempionatı | Özbəkistan |