Sətəm əs-Suqami

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Sətəm Məhəmməd Abdel Rəhman əs-Suqami (ərəb. سطام السقامي‎; 28 iyun 1976, Ər-Riyad11 sentyabr 2001) — Səudiyyə terrorçusu, təyyarə qaçıran, 11 sentyabr 2001-ci il terror aktını həyata keçirən 19 intiharçı-terrorçudan biri. Dünya Ticarət Mərkəzinin şimal qülləsinə koordinasiyalı hücum nəticəsində çırpılan American Airlines reys 11 təyyarəsini qaçıran beş nəfərdən biri.

Suqami Əl-Qaidə tərəfindən cəlb olunanda hüquq tələbəsi idi. O, başqa təyyarə qaçıran Məjed Moqed ilə birgə Əl-Qaidəyə qoşuldu və onunla Əfqanıstana getdi. Orada 11 sentyabr terror hücumlarına qatılmaq üçün seçildi. 2001-ci ilin aprelində ABŞ-yə gəldi.

Öncəki həyatı və təhsili

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad anadan olan Suqami, Kral Səud Universitetinin hüquq fakültəsində oxuyurdu. Orada Əl-Qaidə tərəfindən ehtimal olunan keçmiş tələbə yataq otağı yoldaşı Məjed Moqed ilə birlikdə cəlb olundu. Onlar İbn əl-Şeyx əl-Libi tərəfindən təşkil edilən Kabil yaxınlığındakı böyük bir təhsil müəssisəsi olan Haldenə gəldilər. 2000-ci ilin noyabr ayında ikisi də Bəhreyndən İrana keçdilər.

Hücumlar

10 sentyabr 2001-ci ildə Suqami Bostondakı Milner otelində Mərvan əl-Şəhhi, Fayez BənihəmmədMohand əl-Şəhri ilə birgə ortaq otaq icarəyə götürdü.

Hücum günü Suqami 11-ci təyyarədə Səudiyyə Ərəbistanı pasportundan istifadə edərək uçuş üçün qeydiyyatdan keçdi. Loqan Beynəlxalq Hava Limanında, baqajının əlavə yoxlanmasını tələb edən və sərnişin təhlükəsizliyi məntəqəsində əlavə yoxlamadan azad edən[1] CAPPS kompüter sistemi tərəfindən seçildi.[2]

İstinadlar

  1. "The Aviation Security System and the 9/11 Attacks - Staff Statement No. 3" (PDF). 9/11 Commission. 2008-05-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-23.
  2. "9/11 Commission Report (Chapter 1)". July 2004. 2008-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.