Sahil xətti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Sahil xətti (rus. береговая линия, ing. shoreline, shore-line, coastal line) — dəniz və ya gölün üfqi su səthinin quru ilə kəsişdiyi xətt. Böyük su hövzələrinin səviyyəsi daimi olmadığı üçün S.x. anlayışı müəyyən dərəcədə şərti səciyyə daşıyır və su hövzəsi səviyyəsinin orta çoxillik vəziyyətini əks etdirir.[1]

Sahil xəttinin yerdəyişməsi

Sahil xəttinin yerdəyişməsi — (rus. перемещение береговой линии, ing. dislocation of coastal line) yer qabığının ehtizazı hərəkətləri və ya Dünya okeanında suyun həcminin dəyişməsi ilə əlaqədar dənizin geri çəkilməsi (reqressiya) və ya qurunu basması (transqressiya) nəticəsində dənizin sahil xəttinin vəziyyətinin dəyişilməsi. Sahil xəttinin dənizə doğru geriyə çəkilməsi mənfi, quruya doğru irəliləməsi isə müsbət yerdəyişmə adlanır. Ssahil xəttinin yerdəyişməsi hövzədə suyun həcminin dəyişməsi /məs: materik buzlarının əriməsi/ ilə əlaqədar olduğu halda hidrokratik və ya evstatik, yer qabığının ehtizazı hərəkətləri ilə əlaqədar olduğu halda isə geokratik və ya epeyrogenik adlanır.

Həmçinin bax

İstinadlar

  1. Sahil xətti // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.