Saklıkent kanyonu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Saklıkent kanyonu və onun üzərində qurulan yol.

Saklıkent kanyonuAntalya-Muğla sərhəddində yerləşən Eşen çayının qolu olan Karaçayın meydana gətirdiyi kanyon. Kanyon Fəthiyə şəhərinin 45 km-də yerləşir.[1] Dördüncü dövrdə, 200 min il əvvəl formalaşmış bu kanyon Tavr dağlarına aid olan Beydağları silsiləsində yerləşir.[2]

Ümumi məlumat

Saklıkent kanyonu 15 il əvvəl kəşf edilmişdir.[2] Kanyonun uzunluğu 18 km, hündürlüyü 200 m, ən dar yerinin eni 2 metrdir. Kanyonun dar olması və ilin çox zamanı çayın bol sulu olması nəticəsində dərə boyu hərəkət etmək mümkünsüzdür. O üzdən kanyonun dik divarlarında 200 metrlik körpü-yol inşa edilmişdir. Kamyonun ilk 2 km-lik hissəsi asan keçilən, 7 km-lik hissəsi orta çətinlikdə olsa da, sona qədər kanyonu keçmək üçün xüsusi hazırlığa və peşəkarlığa ehtiyac var.[3] Yay mövsümündə bu ərazini 180-200 min arası türist ziyarət edir. Kanyonun yerləşdiyi bölgədə 1996-cı ildən Saklıkent Milli Parkı yaradılmışdır. Sahəsi 1643 hektar olan bu parkın əsas özəlliyi məhz Saklkent kanyonudur.

Şəkillər

Həmçinin bax

İstinadlar

  1. MACERA SEVEN TURİSTLERİN TERCİHİ SAKLIKENT KANYONU
  2. 1 2 "Saklıkent Kanyonu (Fethiye - Muğla)". 2020-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-01.
  3. "KAS - FETHIYE SAKLIKENT KANYONU - SAKLIKENT DOGA PARKI". 2016-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-01.

Xarici keçidlər