Likiya yolu (türk. Likiya yolu) — Türkiyə, qədim Likiyanın dəniz sahili boyu uzanan turist marşrut yolu. Uzunluğu 509 km olan bu yol Fəthiyəni Antalya ilə birləşdirir.[1]
Antik Likiya ərazisi Teke yarımadasında yerləşir. Likiya yolu bu ərazidə olan həm tarixi, həm də coğrafi obyektləri birləşdirir. Yol antik yollardan, patikalardan(dağ cığırlarından) və qatır yollarından ibarətdir. Likiya yolu bəzən dəniz sahili boyu, bəzəndə dağlıq ərazi boyu uzanır, bir qismi isə Olimpos Beydağları Milli Parkın ərazisindən keçir. Yolun keçdiyi ərazinin maksimal hündürlüyü 1811 m-dir. Yol keçilməsi baxımdan orta və ağır dərəcə ilə qiymətləndirilir. Ümumi məsafənin ortalama qət olunma müddəti 29 gündür.[2] Yürüşə daha çox fevral-may və sentyabr-noyabr ayları arasında çıxması məsləhət görülür. Səbəb yay aylarının çox isti olmasıdır. Rəsmi olaraq 12 yaşdan yuxarı olanların yürşə qatılması icazəlidir. Likiya yolu müasir turist yollarında istifadə olunan fransız nişanlama sistemi ilə işarələnib.[3][4] Onun çəkilişinə 1992-ci ildə başlanılmış və 1999-cu ildə sona çatdırılmışdı. Yol çəkilişi ideyyası ingilis həvəskar tarixçisi Keyt Kloya məxsusdur.[5]
Keyt Kloy 1989-cu ilə kimi İngiltərədə yaşamışdı. Sonra o Türkiyəyə kompüter proqramları satışı məqsədilə ezam olunur. 1992-ci ildə Antaliyada ştatdan kənar fəaliyyət göstərməyə başlayır və elə bu ona ərazidə olan qədim yollarla tanış olmağa imkan verdi. Bu yollar qədim sivilizasiya məkanlarını birləşdirən ümumi bir şəbəkəni xatırladırdı. Keyt əmin idi ki, bu qədim yolları birləşdirməklə Türkiyənin ilk şəhərlər arası piyada yolunu bərpa etmək mümkündür. Sonda onun arzusu reallaşdı və qədim tarixin içindən keçən bir yol meydana gəldi.[6]
Likiya yolunun keçdiyi ərazilərdə diqqəti çəkən məqamlardan biri ərazidə onlarca antik yaşayış məntəqələrinin olmasıdır.[7]
Likiya yolunda, Demre yaxınlığında həm də Müqəddəs Nikolay kilsəsi və məzarı var. Nikolay Santa-Klaus kimdə tanınır.[8]