Sernovodskoye (Çeçenistan)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sernovodskoye
Эна-Хишка
Серноводское
43°18′42″ şm. e. 45°09′34″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1846
Sahəsi
  • 109,58 km²[3]
Mərkəzin hündürlüyü 262 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 12.221 nəf. (2020)[4]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 366701
Digər
sernovodskoe.ru
Xəritəni göstər/gizlə
Sernovodskoye xəritədə
Sernovodskoye
Sernovodskoye
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sernovodskoye (çeç. Эна-Хишка[5][6][7]) — Çeçenistan Respublikası, Sunja rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Sunjenski rayonunun və Sernovodskoye kənd sovetliyinin mərkəzidir. Sernovodskoye kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. Kənddə "Sernovodsk-Kavkazski" respublika balneoloji kurortu yerləşir.

Coğrafiya

Kənd Sunja silsiləsinin cənub yamacının ətəyində, Suja çayın hər iki sahilində, Qroznı şəhərindən 58 km qərbdə, Suja şəhərindən isə 8 km şərqdə yerləşir.

Ən yaxın yaşayış məntəqələri: şimalda — Naqornoe kəndi, cənubda — Asinovnaya stansiyası, qərbdə — Suja şəhəri, cənub-şərqdə — Samaşki, Davıdenko və Yeni Şaroy kəndləri.

İqlimi

İqlimi mülayim kontinentaldır. Qış mülayim, tez-tez duman və qar örtüyü ilə müşahidə olunur. Yanvar ayının orta temperaturu −4 °C-dir. Yayı isə isti, bəzən quru keçir. İyulun orta temperaturu +25 °C-dir. Orta illik yağıntının miqdarı ildə 500 mm-dir. Yağıntı əsasən aprel-oktyabr ayları arasında düşür. Orta illik nisbi rütubət təxminən 70 % olur. Şərq və qərb küləyi üstünlük təşkil edir.

Tarixi

Sernovodskoye məscidi

1819-cu ildə mövcud kəndin yerində bir istehkam qurulur[8]. 1846-cı ildə Arxangel Mixail xristian bayramı şərəfinə yeni kilsə inşa edilir. Bundan sonra kənd Mixaylovski adlandırılır.

1920-ci ildə sovet əleyhinə qiyamın yatırılmasından sonra kəndin bütün kazak əhalisi sürgün edildi. Deportasiya üç mərhələdə həyata keçirildi: məskunlaşanlar ilə ilk olaraq noyabrın 13-də Pavololskaya stanitsasına, ikincisi mərhələdə 29 noyabrda Soldatskaya stanitsasına, üçünçü mərhələdə isə 3 dekabrda Qosudarstvennaya stanitsasına göndərildi.3 dekabr 1920-ci ildə boş kənd Çeçenistan İcraiyyə Komitəsinə təhvil verildi [9]. Bir qədər sonra, çeçenlər tərəfindən məskunlaşdırıldı və Aslambek kəndi olaraq adlandırıldı[10].

1926-1929-cu illərdə Çeçen Muxtar Vilayətinin Novoçeçenski rayonunun inzibati mərkəzi oldu.

1944-cü ildə, Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra Aslanbek kəndi Sernovodskoe[11] olaraq adlandırıldı.

1970-ci illərdən 1990-cı illərə qədər Sernovodsk kimi tanınırdı[12]. 2003-cü ildən bəri kənd Çeçenistan Respublikasının Sunjenski rayonunun inzibati mərkəzidir.

Əhali

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[13]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
çeçenlər 10 736 99,36 %
digərləri 69 0,64 %
ümumi 10 805 100,00 %

İqtisadiyyat

Çeçenistanda ən qədim mineral su zavodu kənddə fəaliyyət göstərir. Mineral su zavodu 2008-ci ildə fəaliyyətini bərpa etmişdir[14]

Tanınmış şəxsləri

Fyoodr Borisoviç Bublikov — İkinci Dünya müharibəsi veteranı, Sovet İttifaqı Qəhrəmanı.

İstinadlar

  1. 1 2 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
  2. 1 2 GEOnet Names Server. 2018.
  3. http://sunzha-chr.com/strukturnye-podrazdeleniya/pl-ns-rn/3532-ploshchad-i-naselenie-rajona.
  4. https://web.archive.org/web/20200822004543/https://rosstat.gov.ru/storage/mediabank/CcG8qBhP/mun_obr2020.rar.
  5. "Село Серноводское". 2018-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-09.
  6. "Бовза хьай Дайхмохк". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-09.
  7. "Даудов Мохьмад – Эна-Хишкахь". С. Хасанов газета "Даймохк". 20.02.2018. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-6-02.
  8. "Кавказская война 1817—1864 — Большая советская энциклопедия, БСЭ — Энциклопедические словари — Slovar.cc". 2019-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-09.
  9. "Е. Ф. Жупикова - К вопросу о депортации терского казачества в 1918-1920 гг. (2005)". a-pesni.org. 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-11.
  10. "Минеральная вода «Курорт Серноводск» — Курорт Серноводск". 2011-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-29.
  11. "Краткая историческая справка об административно-территориальном делении Чечено-Ингушетии". 2018-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-09.
  12. >K-38 карты СССР. Тбилиси, Ереван, Грозный, Нальчик
  13. "Том 4 книга 1 "Национальный состав и владение языками, гражданство"; таблица 1 "Национальный состав населения Чечни по городским округам, муниципальным районам, городским населённым пунктам, сельским населённым пунктам с численностью населения 3000 человек и более"". 2015-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-09.
  14. "В Чечне открылся завод по розливу минеральной воды «Серноводская»". 2019-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-09.

Mənbə