Sernovodskoye (çeç. Эна-Хишка[5][6][7]) — Çeçenistan Respublikası, Sunja rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Sunjenski rayonunun və Sernovodskoye kənd sovetliyinin mərkəzidir. Sernovodskoye kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. Kənddə "Sernovodsk-Kavkazski" respublika balneoloji kurortu yerləşir.
Sernovodskoye | |
---|---|
Эна-Хишка Серноводское | |
43°18′42″ şm. e. 45°09′34″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1846 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 262 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 366701 |
Digər | |
sernovodskoe.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Kənd Sunja silsiləsinin cənub yamacının ətəyində, Suja çayın hər iki sahilində, Qroznı şəhərindən 58 km qərbdə, Suja şəhərindən isə 8 km şərqdə yerləşir.
Ən yaxın yaşayış məntəqələri: şimalda — Naqornoe kəndi, cənubda — Asinovnaya stansiyası, qərbdə — Suja şəhəri, cənub-şərqdə — Samaşki, Davıdenko və Yeni Şaroy kəndləri.
İqlimi mülayim kontinentaldır. Qış mülayim, tez-tez duman və qar örtüyü ilə müşahidə olunur. Yanvar ayının orta temperaturu −4 °C-dir. Yayı isə isti, bəzən quru keçir. İyulun orta temperaturu +25 °C-dir. Orta illik yağıntının miqdarı ildə 500 mm-dir. Yağıntı əsasən aprel-oktyabr ayları arasında düşür. Orta illik nisbi rütubət təxminən 70 % olur. Şərq və qərb küləyi üstünlük təşkil edir.
1819-cu ildə mövcud kəndin yerində bir istehkam qurulur[8]. 1846-cı ildə Arxangel Mixail xristian bayramı şərəfinə yeni kilsə inşa edilir. Bundan sonra kənd Mixaylovski adlandırılır.
1920-ci ildə sovet əleyhinə qiyamın yatırılmasından sonra kəndin bütün kazak əhalisi sürgün edildi. Deportasiya üç mərhələdə həyata keçirildi: məskunlaşanlar ilə ilk olaraq noyabrın 13-də Pavololskaya stanitsasına, ikincisi mərhələdə 29 noyabrda Soldatskaya stanitsasına, üçünçü mərhələdə isə 3 dekabrda Qosudarstvennaya stanitsasına göndərildi.3 dekabr 1920-ci ildə boş kənd Çeçenistan İcraiyyə Komitəsinə təhvil verildi [9]. Bir qədər sonra, çeçenlər tərəfindən məskunlaşdırıldı və Aslambek kəndi olaraq adlandırıldı[10].
1926-1929-cu illərdə Çeçen Muxtar Vilayətinin Novoçeçenski rayonunun inzibati mərkəzi oldu.
1944-cü ildə, Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra Aslanbek kəndi Sernovodskoe[11] olaraq adlandırıldı.
1970-ci illərdən 1990-cı illərə qədər Sernovodsk kimi tanınırdı[12]. 2003-cü ildən bəri kənd Çeçenistan Respublikasının Sunjenski rayonunun inzibati mərkəzidir.
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[13]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
çeçenlər | 10 736 | 99,36 % |
digərləri | 69 | 0,64 % |
ümumi | 10 805 | 100,00 % |
Çeçenistanda ən qədim mineral su zavodu kənddə fəaliyyət göstərir. Mineral su zavodu 2008-ci ildə fəaliyyətini bərpa etmişdir[14]
Fyoodr Borisoviç Bublikov — İkinci Dünya müharibəsi veteranı, Sovet İttifaqı Qəhrəmanı.