Sesson Şukey

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sesson Şukey
yap. 雪村
Doğum tarixi 1504[1][2][…]
Doğum yeri
Vəfat tarixi 1589[3][2][…]
Vəfat yeri
Fəaliyyəti rəssam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sesson Şukey (雪村周継?, 1504[1][2][…], Hitaçi[d], İbaraki prefekturası1589[3][2][…], İvaşiro əyaləti[d], Tosando[d])Yaponiya mürəkkəb rəssamı.

Həyatı və karyerası

Sesson Şukey 1504-cü ildə yapon mürəkkəb rəssamlığı mərkəzlərindən uzaqda yerləşən Hitaçidə doğulmuşdur.[4] 1540-cı illərdə Aşina Moriucinin hamiliyi altında Ayzuda işləmişdir.[4] 1550-ci illərdə isə Hoco ailəsinin hamiliyi altında Odavarada yerləşn Soun məbədində işləmişdir.[4] 1573-cü ildə işdən çıxmışdır.[4]

Üslubu

Sessonun 60 rəsmdən ibarət toplusuna müxtəlif mövzular və nümunələr daxildir.[4] Onun, xüsusilə, daoist ölümsüzlər və buludlar arasında əjdahalar haqqında rəsmləri məşhurdur.[4] Peyzaj rəsmləri də çəkmişdir.[4] Onun Yaponiya rəssamlığında etdiyi ən radikal dəyişiklik həm Çin, həm də yapon prototiplərindən uzaqlaşması olmuşdur.[4] Onun "Setsumon teyşi" (1542) adlı traktatı növbəti işlərində ortaya qoyduğu nəzəriyyələri əks etdirir: təbiəti müşahidə etməyin və təbiəti sadələşdirmək üçün usta rəsmləri köçürməyin vacibliyi.[4]

Sesson mürəkkəbin istifadəsinə diqqət ayırmış, xüsusilə, əsərlərində açıq və tünd tonallıqlardan istifadə etmişdir.[4] O, rəssamlığı öz ifadə prinsiplərini təcəssüm etdirən formalar dünyası kimi görən ilk yapon rəssamı olmuşdur.[4]

İstinadlar

  1. 1 2 Sesson Shukei // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Sesson Shūkei // Minneapolis Institute of Art. 1883.
  3. 1 2 Sesson Shukei // (unspecified title).
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 Kodansha Encyclopedia of Japan

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 70. ISBN 0-87011-627-4. İstifadə tarixi: 21 yanvar 2023.