Sesson Şukey (雪村周継?, 1504[1][2][…], Hitaçi[d], İbaraki prefekturası – 1589[3][2][…], İvaşiro əyaləti[d], Tosando[d]) – Yaponiya mürəkkəb rəssamı.
Sesson Şukey | |
---|---|
yap. 雪村 | |
Doğum tarixi | 1504[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 1589[3][2][…] |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam |
Vikianbarda əlaqəli mediafayllar |
Sesson Şukey 1504-cü ildə yapon mürəkkəb rəssamlığı mərkəzlərindən uzaqda yerləşən Hitaçidə doğulmuşdur.[4] 1540-cı illərdə Aşina Moriucinin hamiliyi altında Ayzuda işləmişdir.[4] 1550-ci illərdə isə Hoco ailəsinin hamiliyi altında Odavarada yerləşn Soun məbədində işləmişdir.[4] 1573-cü ildə işdən çıxmışdır.[4]
Sessonun 60 rəsmdən ibarət toplusuna müxtəlif mövzular və nümunələr daxildir.[4] Onun, xüsusilə, daoist ölümsüzlər və buludlar arasında əjdahalar haqqında rəsmləri məşhurdur.[4] Peyzaj rəsmləri də çəkmişdir.[4] Onun Yaponiya rəssamlığında etdiyi ən radikal dəyişiklik həm Çin, həm də yapon prototiplərindən uzaqlaşması olmuşdur.[4] Onun "Setsumon teyşi" (1542) adlı traktatı növbəti işlərində ortaya qoyduğu nəzəriyyələri əks etdirir: təbiəti müşahidə etməyin və təbiəti sadələşdirmək üçün usta rəsmləri köçürməyin vacibliyi.[4]
Sesson mürəkkəbin istifadəsinə diqqət ayırmış, xüsusilə, əsərlərində açıq və tünd tonallıqlardan istifadə etmişdir.[4] O, rəssamlığı öz ifadə prinsiplərini təcəssüm etdirən formalar dünyası kimi görən ilk yapon rəssamı olmuşdur.[4]