Seyfulla Əsədullayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Seyfulla Əsədullayev
tal. Әсәдуллајев Сејфулла Ғодрәти зоә
Doğum tarixi 19 iyun 1924(1924-06-19)
Doğum yeri
Vəfat tarixi 28 iyul 2011(2011-07-28) (87 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti ədəbiyyatşünas, yazıçı, pedaqoq
Əsərlərinin dili talış dili, Azərbaycan dili, rus dili
Üzvlüyü
Mükafatları 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Şöhrət" ordeni
Azərbaycan Respublikasının əməkdar elm xadimi

Seyfulla Əsədullayev (19 iyun 1924, Ərçivan28 iyul 2011, Bakı) — ədəbiyyatşünas.

Həyatı

Seyfulla Əsədullayev 1924-cü ildə anadan olmuşdur. 1942–1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmişdir.[1] 1947–1949-cu illərdə Bakı Slavyan Universitetində təhsil almışdır. 1951-ci ildə ADPU-nu fərqlənmə diplomu ilə bitirmişdir. 1956–1959-cu illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində Filologiya fakültəsinin Rus sovet ədəbiyyatı tarixi kafedrasının aspirantı olmuşdur. 1959–1966-cı illərdə Azərbaycan Dillər İnstitutunda müəllim, baş müəllim, dosent, dekan müavini, fakültə dekanı vəzifələrində çalışmışdır.

1959-cu ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1971-ci ildə professor elmi adı almışdır.

1966-cı ildən BDU-da kafedra müdiri vəzifəsində işləmişdir (Rus ədəbiyyatı tarixi kafedrası (1967–1984); Müasir rus ədəbiyyatı kafedrası (1984–2011). Azərbaycan Yazıçılar Birliyinin, Beynəlxalq Ədəbi Tənqidçilər İttifaqının üzvü olmuşdur.

O, rus ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi və rus-Azərbaycan ədəbi əlaqələrini tədqiq etmişdir.

20 monoqrafiya, 2 kitab və 500-dən artıq ədəbi-tənqidi məqalənin müəllifidir. Rəhbərliyi ilə 26 elmlər namizədi, 11 elmlər doktoru hazırlanmışdır.

Təltifləri

Əməkdar elm xadimi adına və "Şöhrət" ordeninə layiq görülmüşdür.

İstinadlar

  1. "ƏSƏDULLAYEV SEYFULLA QÜDRƏT OĞLU" (PDF). http://bsu.az/ (az.). 2023-09-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-02.

Xarici keçidlər