Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Shunkan Sentimental
Scandal tərəfindən Temptation Box albomunda ifa olunmuş sinql
"Shunkan Sentimental" (瞬間センチメンタル,Shunkan senchimentaru?, azərb. "Duyğulu anlar") — Yaponiya pop-rok musiqi qrupu "Scandal"ın 5-ci əsas (ümumilikdə 8-ci) sinqlı. Mahnıdan 2010-cu ildə "Fullmetal Alchemist: Brotherhood" animesininin 39-50-ci seriyalarında dördüncü bağlanış mahnısı kimi istifadə olunmuşdur.[1]Sinqlın iki versiyası mövcuddur: məhdud versiyası və daimi versiyası. İkinci B tərəfi olan "Yumemiru Koro wo Sugitemo" (Hillbilli Bopsun eyni adlı mahnısının qapağı) əvvəki sinql olan "Yumemiru Tsubasa" mahnısının cavab mahnısıdır. Mahnı Oricon həftəlik çartında 7-ci yerə çatmışdır və bu çartda 13 həftə qala bilmişdir. Bu müddət ərzində mahnının 32.624 nüsxəsi satılmışdır.[1]2010-cu ilin aprelinə qədər mahnının 100.000-dən çox nüsxəsi satıldığına görə YSSB tərəfindən qızıl sertifikasiya almışdır.[2]